Məhərrəm ayı haqqinda

30 Ekim 2014
23 163
0
Məhərrəm ayı haqqinda
Məhərrəm ayı haqqinda



1. Bu ay Qurani kərimdə qeyd olunan dörd haram aylardan biridir.

Allah Təalə buyurur: «Bu aylarda özünüzə zülm etməyin.» (Tövbə 36)

Səədi (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə buyurub: «Bu aylarda zülm etmək qadağan olunub. Baxmayaraq ki, o həmişə qadağandır. Lakin bu aylarda zülm etmək daha şiddətlidir.»

2. Bu ayda tutulan oruc digər aylarda tutulan orucdan daha üstündür, yalnız Ramazandan başqa.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurub: «Ramazan ayından sonra ən fəzilətli olan oruc Allahın ayı olan Məhərrəm ayının orucudur.» (Muslim)

3. Bu ayda məşhur Aşura günü var.

Aşura günü Məhərrəm ayının onuncu gününə düşür. Həmən günü oruc tutmaq bəyənilən əməllərdəndir. Allahın rəsulundan (Allahın ona salavat və salamı olsun) Aşura gününün orucu haqda soruşulduqda o belə cavab verir: «Keçmiş ilin gunahlarına kəffarədir.» (Muslim)

Aşura günündə Allah Təalə Musanı (Allahın ona salamı olsun) Fironun əlindən xilas edib. Elə buna görə Allaha şükr əlaməti olaraq həmən gün oruc tutulur. Qeyd etmək lazımdır ki, yəhudilər də həmin günü oruc tuturlar. Ona görə də onlardan fərqlənmək üçün Aşura günü ilə bərabər ondan əvvəlki günü də oruc tutmaq müstəhəbdir. Allahın rəsulu (Allahın ona salavat və salamı olsun) həyatının son ilində belə buyurub: «Əgər gələn ilə qalsam mütləq doqquzu oruc tutacam.» (Muslim)

Məhərrəm ayında edilən bəzi bidətlər

Şeyxulislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) deyir: «Həmən gün xüsusi yeməklər bişirmək, təzə paltar almaq, o gün üçün xüsusi alış-veriş etmək və yaxud həmin gün üçün xüsusi ibadətlər etmək, qarşılıqlı ziyarət etmək və s. Kimi digər əməllər munkər bidətlərdəndir.»

Qeyd etmək lazımdır ki, Aşura günü həmdə Hüseynin (Allah ondan razı olsun) qətlə yetirildiyi gündür. Bunun səbəbi ilə şeytan, bəzi insanlara vəsvəsə edərək bu günü hüzün, qəm və kədər gününə çevirmələrinə nail olub. Onlar həmin günü ağlaşırlar, mərsiyələr deyirlər, çox hissəsi yalan olan rəvayətlər danışırlarbidət etmiş olurlar.

Sonda Allahdan istəyirik ki, bizi Məhərrəm ayının fəzilətlərindən istifadə etməyə müvəffəq etsin, sözdə və əməldə ixlaslı və sadiq qullarından etsin. Müsəlmanları öz dinlərini öyrənməyi müvəffəq etsin. Həqiqətəndə O, hər şeyə qadirdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.