İstədiyini dilə..!!

18 Ağustos 2014
2 091
0
İstədiyini dilə..!!
İstədiyini dilə..!!



İstədiyini dilə!
Peyğəmbər Əfəndimizə (s.a.s) xidmət edən Rəbiyə (r.a), Onun (s.a.s) yanında qalar, ona dəstamaz suyunu və ehtiyacı olan şeyləri gətirərdi. Bir gün Əfəndimiz (s.a.s) ona:
-Məndən istədiyini dilə, -buyur.
Bunu eşidən Rəbiyə:
-Cənnətdət sənlə dost olmağı diləyirəm, -deyir.
Əfəndimiz:
-Başqa bir şey istəsən olmaz?-deyir.
O isə:
-Diləyim ancaq budur, -cavab verir.
Onda Allah Rəsulu (s.a.s) belə buyurur:
- Elə isə çoxlu səcdə edərək (namaz qılaraq) özün üçün mənə kömək et.


Bu kimdir?
Peyğəmbər Əfəndimiz (s.a.s) bir sübh namazından sonra o gecə gördüyü bir yuxunu belə danışır:
-Röyada iki nəfər gəldi və məni götürüb apardı. Mənə Cənnəti və Cəhənnəmi göstərdilər. Cəhənnəmdəkilərdən birinin başının daşla əzildiyini gördüm. Məni oraya aparanlardan: "Bu kimdir?" -deyə soruşdum.
Onlar da belə dedilər:
"Bu, Quran oxumağı öyrəndiyi halda, onu tərk edib oxumayan və fərz namazlarını qılmayıb yatandır".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.