Gözəllik haqqında hədislər

02 Kasım 2014
8 038
0
Gözəllik haqqında hədislər
Gözəllik haqqında hədislər


Allah gözəldir və gözəlliyi sevir
Quran:
«De: Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur? De: Bunlar, dünyada iman gətirən üçündür, Qiyamət günündə isə yalnız möminlərə məxsusdur». (Əraf surəsi, ayə 32)

Gözəllik haqqında hədislər


Hədis:
Allahın Peyğəmbəri (s.a.v.v.): «Allah-Taala gözəldir və gözəlliyi sevir. Nemətinin nişanəsini bəndəsində görməyi də sevir. O, yoxsulluğa və özünü yoxsul göstərməyə nifrət edir». (Kənzul-ummal, hədis 17166)
Allahın Peyğəmbəri (s.a.v.v.): «Allah-Taala möminin öz qardaşlarının yanına səliqəli və bəzənmiş halda getməsini sevir». (Məkarimul-əxlaq, c.1, səh.85, hədis 1)

Gözəllik haqqında hədislər

İmam Sadiq (ə): «Gözəl paltar geyin. Çünki Allah gözəldir və gözəlliyi sevir. Amma, gərək halaldan olsun». (Vəsailuş-şiə, c.3, səh.340, hədis 4)
Gözəl üz
Allahın Peyğəmbəri (s.a.v.v.): «Gözəlliyin bəlası qürurdur». (Biharul-ənvar, c.77, səh.59, hədis 3)
Allahın Peyğəmbəri (s.a.v.v.): «Mömin kişiyə verilmiş ən yaxşı şey gözəl əxlaqdır. İnsana verilmiş ən pis şey isə gözəl üzdə pis qəlbin olmasıdır». (Kənzul-ummal, hədis 5170)

Gözəllik haqqında hədislər

Allahın Peyğəmbəri (s.a.v.v.): «Xeyir və yaxşılığı üzü gözəl olanlarda axtarın. Çünki,onların etdikləri gözəllikdə daha gözəldir». (Uyuni əxbari Rza (ə), c.2, səh.74, hədis 344)
İmam Əli (ə): «Möminin üzünün gözəlliyi Allahın ona olan hüsn-rəğbətindəndir». (Ğurərul-hikəm, hədis 4848)
Saça dəyər vermək
Allahın Peyğəmbəri (s.a.v.v.): «Gözəl saç ilahi örtükdür. Buna görə də onu qiymətləndirin». (Vəsailuş-şiə, c.1, səh.432, hədis 2)

Gözəllik haqqında hədislər

Allahın Peyğəmbəri (s.a.v.v.): «Saçını uzadan ona yaxşı qulluq etməlidir, əks halda onu qısaltsın». (Vəsailuş-şiə, c.1, səh.432, hədis 1)
Batini gözəllik
Allahın Peyğəmbəri (s.a.v.v.): «Gözəllik dildədir». (Tuhəful-uqul, səh.37)
Allahın Peyğəmbəri (s.a.v.v.): «Ağıldan gözəl gözəllik yoxdur». (Nəhcus-səadə, c.1, səh.51)

Gözəllik haqqında hədislər

Allahın Peyğəmbəri (s.a.v.v.): «Sağlamlıqdan gözəl paltar yoxdur». (Biharul-ənvar, c.77, səh.381, hədis 5)
İmam Əli (ə): «Allah-Taala qadının çöhrəsini (və gözəlliyini) onun üzündə, kişinin çöhrəsini (və gözəlliyini) isə onun dilində qoyub». (Biharul-ənvar, c.71,səh.293, hədis 63)
İmam Əskəri (ə): «Üzün gözəlliyi zahirin gözəlliyi, ağlın gözəlliyi isə batinin gözəlliyidir».
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.