Allahdan qorx, səbirli ol və tələsmə

Həsən əl-Bəsri dedi: "Elə bütün xeyir bunlardadır".
Feat.Az zikr.az-a istinadən bildirir ki, nəhayət, o çıxıb getdi. O, bu nəsihətləri hələ unutmamışdı. Bunlar cəmi üç nəsihət idi. O gəlib yurduna çatdıqda miniyindən yerə endi. Evinə gəldikdə orada zövcəsindən ayrı yatmış bir adam gördü. Zövcəsi də yatmışdı. O, öz-özünə dedi: "Vallahi, mən bilmirəm bunu nə üçün gözləyirəm, nə istəyirəm?" Sonra miniyinin yanına qayıdıb qılıncı götürmək istədikdə öz-özünə dedi: "Allahdan qorx, səbirli ol və tələsmə!"
O, geri qayıdıb həmin adamın başının üstə dayanıb öz-özünə: "Mən bunu gözləyən deyiləm"- dedi və yenidən miniyinin yanına döndü. Qılıncını götürmək istədikdə nəsihətləri xatırlayıb geri qayıtdı. Gəlib onun başınıın üstə dayandıqda, o adam yuxudan oyandı. Oyanan kimi başının üstə duran adamı gördü və onun üstünə atılıb onu qucaqlayıb öpdü və soruşdu: "Məndən ayrıldıqdan sonra nəyə nail oldun?"
O dedi: "Vallahi, səndən sonra çoxlu xeyir əldə etdim. Mən bu gecə sənin başınla qılıncım arasında üç dəfə gedib gəldim və səni öldürmək istədim. Lakin öyrəndiyim elm səni öldürməyə mənə mane oldu". (əl-Buxari, Ədəbul-Mufrad, 583).
Bu gənc zövcəsinin yanında olan adamın onun köləsi, həm də zövcəsinin məhrəmi olduğunu görəndə qəzəbi soyuyur və qəlbindəki şübhələr aradan qalxır. Bu ibrətamiz hekayə dini elm öyrənməyin nə dərəcədə fəzilətli bir əməl olduğunu göstərir.