BİR MÜSƏLMAN

04 Kasım 2014
1 349
0
BİR MÜSƏLMAN
BİR MÜSƏLMAN

Bir nəfər New York – Central Parkda gəzərkən anidən bir itin balaca bir qıza hücum etdiyini görür. Qaçır və itlə dalaşır. Uzun bir mübarizədən sonra yara içində olsa da iti öldürür. Amma balaca qızın da həyatını qurtarmış olur. Son anda bunu görən yol polisi hadisə yerinə gəlir. İti öldürən insana təşəkkür etdikdən sonra deyir:
- Sən bir qəhrəmansan, sabah bütün qəzetlər səndən yazacaq. Görəcəksən, başlıq da belə olacaq: Cəsur New York-lu balaca qızın həyatını qurtardı.
- Axı mən New York-lu deyiləm.
- Fərq etməz, o zaman belə yazacaqlar: Cəsur Amerikalı balaca qızın həyatını qurtardı.
- Amma mən Amerikalı da deyiləm.
- Bəs haralısan sən?
- Mən İraqlıyam!
Polis artıq heç nə demir. Amma sabahsı gün qəzetlərdə adam haqqında belə bir başlıq dərc olunur:
- “Bir müsəlman amerikan itini öldürdü.”
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.