CƏNNƏT - Hz Peyğəmbərin şahidliyilə

18 Ağustos 2014
2 872
0
CƏNNƏT - Hz Peyğəmbərin şahidliyilə
Sirlərlə dolu bir səyahət əsnasında Allah Rəsulu (s.ə.s.) cənnət və cəhənnəmə aid mənzərələrə də şahid olmuş və dünyada ikən hansı əməlin necə əvəz gördüyünü nümunələri ilə ümmətinə də danışmış son və yeganə peyğəmbərdir.
CƏNNƏT inci-mərcana bənzər hər çeşid qiymətli daşlarla və təsəvvür edilməz al-əlvan rənglərlə təchiz edilmiş, göz oxşayan naxışlarla bəzədilmişdi. Heç bir gözün görmədiyi və görə bilməyəcəyi, heç bir qulağa əks-sədası çatmayan, heç bir faninin də xəyalına belə gətirə bilməyəcəyi neçə-neçə gözəlliklər qarşısında sərgilənirdi. Necə də göz qamaşdıran, necə də ürək yandıran mənzərələr idi... Cənnətin zümrüd yamacları qarşısında pərdə-pərdə açılmışdı və O da meh kimi gəlib üzünə dəyən əsintidən məst olub heyrət edirdi.
Bu vaxt qulağına xoş bir səda gəlir:
– Bu səs nə səsidir? – deyə Cəbraildən soruşur.
– Cənnətin səsidir, - deyir sadiq rəhbər Cəbrail. Bir az diqqətlə qulaq asanda gələn səsin bunları dediyi eşidilir:
– Ey Rəbbim! Mənə vəd etdiyin şeyləri lütf et! Budur, artıq öhdəliyimdə
olan otaqlarım, ipək və qiymətli paltarlarım,naxışlı ipək qumaşlarım və inci-mərcanlarım, gümüş və qızıllarım, yumşaq oturacaqlarım və döşəmələrim, qab-qacaqlarım, minik və içkilərim, bal, süd və sularım çoxaldıqca çoxaldı. Artıq vəd etdiyin şeyi yerinə yetir və mənə gələcək olanları buraya bir az tez göndər!
Onun bu səmimi diləyinə cavab olaraq başqa bir səs eşidilir:
– Bəli, hər mömin kişi və mömin qadın, müsəlman kişi və müsəlman qadın, Mənə iman gətirən və Rəsulumu da təsdiq edərək dəstəkləyən, həmişə müsbət hərəkət edərək saleh iş görən və qətiyyən Mənə şərik qoşmayan və Allahdan başqa digərinin qarşısında belini əyib boynunu bükməyənlər çox keçməmiş Sənə qovuşacaqlar!
Hər kim Məndən qorxub çəkinər və qoyulan ölçüyə uyğun hərəkət edərsə, o əmindir. Kim Məndən əvvəlcədən borc kimi nəsə istəyərsə, onun da istəyini yerinə yetirərəm. Kim mənə təvəkkül edib işini mənim öhdəmə buraxarsa, mütləq onun işini tamamlayar və axıra çatdıraram. Çünki, şübhə yoxdur ki, Mən özündən başqa ilah olmayan Allaham! Sözümdən dönmərəm. Şübhəsiz ki, ancaq mömin olanlar nicat tapar. Allah necə də mükəmməl və mübarək yaradandır.
Mərhəmətli Rəbbindən gələn bu nidanı eşidən cənnət sakitləşəcək və:
– Razı oldum, ey Rəbbim! – deyəcəkdi.
İçəriyə bir az da diqqətlə baxır. Çayların üstündə qurulmuş saraylarda
oturub söhbət edən insanlar var idi... Xidmətçilər başlarına fırlanır, istədikləri, arzu etdikləri hər şey dərhal yerinə yetirilirdi. Huri qılmanlarla əhatələnmişdilər. Ağıla-xəyala gəlməyən nemətlərdən istifadə edərkən üzlərində nə bir bezginlik, nə də hər hansı yorğunluq sezilirdi. Çünki hər yediklərində rənglər fərqli, naxışlar rəngarəng, dadlar müxtəlif idi və ətirlər də bir-birinə bənzəmirdi. Bununla da hər dəfə yeni zövq imkanı doğurdu.
Bir yerə toplanmış adamları görür. Hər gün əkin əkir, elə həmin gün də biçin işlərinə başlayır və məhsulu yığırdılar. Allah Rəsulu (s.ə.s.) Cəbraildən soruşur:
– Bunlar kimdir?
– Bunlar Allah yolunda səy göstərənlər, Allahın adını ucaltmaq naminə
malları və canlarını ortaya qoyanlardır. Bunların etdiyi yaxşılığın əvəzi yeddiqat məhsul verən sünbüllər kimi yeddi min qatdır. Allah üçün xərclədiklərinin əvəzində də Allah dərhal yenisini verər və yerini əbədi edər. Çünki O, ruzi verməkdə ən xeyirli yolu seçəndir, - deyə cavab verir Cəbrail.
Dörd bir tərəfə qol-budaq salmış çaylar var idi. Su əvəzinə bəzilərindən süd, bəzilərindən də bal axırdı. Bunların arasında daha məşhur olanlara Nil və Fərat deyirdilər.
Bundan başqa kim bilir, cənnətdə necə nemətlər müşahidə etmiş, necə iltifatlarla qarşılanmışdı. Belə bir lütfü dadmış hər hansı bir insanın oradan ayrılaraq yenə sıxıntıların ağuşuna qayıtması qeyri-mümkün idi. Ancaq Onun məqsədi ilk öncə bütün insanları mərhəmət və şəfqətlə qucaqlayıb ümməti arasında tövhid kəlməsinin ikinci yarısını söyləməkdən çəkinib Onu qəbul etməsələr də, “Lə iləhə illəllah” deyən hər bir adamı bura gətirmək idi. Çünki, O: “Hər kim “Lə iləhə illəllah” deyərsə, cənnətə girər”, – deyə buyuracaqdı. O (s.ə.s.), hələ başlanğıcdan bunun üçün yaradılmış və bunun üçün də ilk yaradıldığı halda, zühuru sona münasib bilinmiş, peyğəmbərlik bəndinə qafiyə qoyacaq Son Sultan olduğu üçün də bədəni ilə ruhunun bütövləşməsi peyğəmbərlik baxımından ən sona saxlanmışdı.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.