Bizim aqibətimiz necə olacaq?

28 may 2019
398
0
Bizim aqibətimiz necə olacaq?
Allahım, dadıma çat!

Allahım, qəlbimdəki sirri gizlətmək çətindir, dilə gətirmək isə ondan da çətindir.

Allahım, necə susum ki, qəlbim qaynamaqdadır?!

Necə danışım ki, ağlım bihuş olmuşdur?!

Allahım, biz hamımız çarəsizik və bizim tək çarəmiz Sənsən. Bizim əlimizdən heç bir iş gəlmir, ancaq Sən hər şeyə Qadirsən.

Allahım, vay olsun mənə, əgər elmim məni yolumdan azdırarsa və Kitabın mənimlə Sənin aranda hicab olarsa!

Allahım! Sənə necə deyim ki, Səni tanımıram, axı çox yaxşı tanıyıram. Necə deyim ki, tanıyıram, axı bəzən tanımıram.

Allahım! Bizim aqibətimiz necə olacaqdır?!

Allahım! Səndən heç nə istəmirəm, sadəcə qəlbimin sağlam və səlim olmasını istəyirəm. Çünki ancaq səlim qəlblə Sənin qarşına alnıaçıq çıxa bilərəm. Əks halda vay olsun mənə!

Allahım! Dünyanın giriftarlıqlarında əlimdən tutduğun kimi, can verən zaman, qəbirdə və Qiyamət günü də əlimi buraxma. Məni tək və öz başıma qoyma. Axı mən - Sənin bəndənəm. Axı mənim Səndən başqa heç kəsim yoxdur...

Ya Rəbb! Günahlarım o qədər çoxdur ki, artıq belim əyilib və yeriyə bilmirəm. Məni bağışlamamış bu dünyadan aparma. Məni bu yüklə qəbul etmə.

Allahım, Öz əfvini mənə inayət et və bu günahlarımı bağışla, məni bu yükdən azad et. Çünki Sən - bağışlayanların bağışlayanısan. Çünki Sən, bizə qarşı valideynimizdən də mehribansan.

Allahım yaxşı ki, varsan və yaxşı ki, bizləri yaratmısan!

Allahım yaxşı ki, bizləri müsəlman olaraq dünyaya gətirmisən. Bu dünyada bizi mömin kimi yaşat, mömin kimi öldür və Qiyamət günü mömin kimi məhşur et! Amin!
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (310)
21:00
654

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2019 (310)

16.07.2019 Gündəlik Bürclər (16 İyul 2019 Günlük Bürclər)
20:00
1 942

16.07.2019 Gündəlik Bürclər (16 İyul 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (205)
19:00
728

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (205)

Sevgi Kitabı Yazılı Şəkilləri 2019 (1)
18:00
661

Sevgi Kitabı Yazılı Şəkilləri 2019 (1)

Qızlarda cinsi yetkinlik
17:00
245

Qızlarda cinsi yetkinlik

Frida Kahlo Yazılı Şəkilləri 2019 (6)
15:00
339

Frida Kahlo Yazılı Şəkilləri 2019 (6)

Professor açıqladı: Beyin inkişafı üçün ilk 4 yaşa DİQQƏT!
14:00
123

Professor açıqladı: Beyin inkişafı üçün ilk 4 yaşa DİQQƏT!

Dünyaya realist gözü ilə baxan 5 bürc
13:00
411

Dünyaya realist gözü ilə baxan 5 bürc

Energetik içkilərin normadan çox qəbulu...
12:00
94

Energetik içkilərin normadan çox qəbulu...

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 532 İRƏLİ