Küsuf namazı necə qılınır?

11 Kasım 2014
1 825
0
Küsuf namazı necə qılınır?
Küsuf namazı necə qılınır?

Küsuf namazı necə qılınır?

Küsuf (və ya Xüsuf) namazı günəş və ay tutulduğu zaman qılınan iki rükətli səsli namazdır. Rəvayət edilir ki, Muğira ibn Şobə demişdir: "Peyğəmbər - ona və ailəsinə Allahın salavatı olsun - zamanında oğlu İb­ra­him vəfat etdiyi gün günəş tutuldu və insanlar: “Günəş İbrahimin ölü­münə görə tu­tulmuşdur”– dedilər. Belə olduqda, Peyğəmbər dedi: “Günəş və ay kim­sə­nin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə tutulur. Onların tutuldu­ğu­nu gördüyünüz zaman namaz qılın və Allaha dua edin!” (əl-Buxari, 1043).
Günəş və ya ay tutulanda “Camaat namazına toplanın” deyib car çəkmək müstəhəbdir.
Abdullah ibn Amr rəvayət edir ki, Peyğəmbər zamanında günəş tutul­duqda uca səslə deyilmişdi: “Camaat namazına (toplanın)!” (əl-Buxari, 1045).
Camaat məscidə toplaşdıqdan sonra imam onlara aşağıdakı hədisdə deyilən qaydada iki rükət namaz qıldırmalıdır.
Rəvayət edilir ki, Aişə demişdir: «Peyğəmbərin sağlığında günəş tutuldu. O, məscidə getdi və camaat onun arxasında cərgə-cərgə düzüldülər. O, təkbir (Allahu əkbər) deyib uzun-uzadı Quran oxudu. Sonra təkbir edib uzun-uzadı rüku etdi və sonra “Səmiəllahu limən həmidəh” – deyib rükudan qalxdı, amma səcdəyə getmədi. Sonra yenə uzun-uzadı Quran oxudu. Amma bu, birinci oxuduğundan az oldu. Sonra təkbir edib uzun-uzadı bir rüku etdi. Amma bu rüku əvvəlkindən az oldu. Sonra “Səmiəllahu limən həmidəh, Rabbənə və ləkəl həmd” – deyib rükudan qalxdı və sonra səcdə etdi. Sonra ikinci rükətdə də eynisini etdi. Beləliklə, o, dörd rükəti, dörd səcdə ilə tamamladı. Peyğəmbər namazını bitirmədən öncə günəş də görsəndi». (əl-Buxari, 1046). Hədisdən göründüyü kimi "Küsuf" namazı dörd ruku və dörd səcdədən ibarət iki rükətli namazdır.
Küsuf namazından sonra xütbə vermək müstəhəbdir.
Rəvayət edilir ki, Aişə demişdir: “Peyğəmbər zamanında günəş tutuldu və buna görə də Peyğəmbər camaata namaz qıldırdı. Namazda qiya­mı (Quranın qiraətini) uzatdı, sonra rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və yenə qi­yamı uzatdı, lakin bu qiyam əvvəlkindən qısa idi, sonra bir də rükuya getdi və rükunu uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra səcdəyə getdi və səc­dəni uzatdı, ikinci rükətdə də birinci rükətdə elədiklərini təkrar etdi. Na­ma­zı bitirdikdə artıq günəşin üzü açılmışdı. Bundan sonra qalxıb xütbə verdi və Allaha həmd-səna edib təriflər deyəndən sonra buyurdu: “Həqiqətən də, gü­nəş və ay Allahın dəlillərindəndir. Onlar kim­sənin nə ölümünə görə, nə də dün­yaya gəldiyinə görə tutulur. Odur ki, onların tutulduğunu gördüyünüz zaman Allaha dua edin, “Allahu Əkbər”– deyin, namaz qılın və sədəqə verin...” (əl-Buxari, 1044).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.