Ölüm və yuxu: fərqləri və oxşarlıqları

29 Nisan 2020
1 158
0
Ölüm və yuxu: fərqləri və oxşarlıqları
Yuxu - ölümün qardaşıdır. İmam Cavaddan (ə) soruşurlar: "Ölüm nədir?". Həzrət (ə) buyurur: "Ölüm həmin yuxudur ki, hər gecə sorağınıza gəlir. Ancaq zamanı uzundur, insan ondan Qiyamət gününə qədər ayılmaz". (Tebyan)

Ölüm və yuxu: fərqləri və oxşarlıqları.


Quranın nəzərincə insanın həqiqəti - onun ruhudur. Əgər ruh olmasa, insan hərəkətsiz bir cismə çevrilər. Ölüm zamanı ruh bədəndən ayrıldığı kimi, yuxu zamanı da ruh bədəndən ayrılır. Bir fərqlə ki, ölüm zamanı insanın bədəni ilə rabitəsi tamamilə kəsilər. Ancaq yuxuda olan zaman bu rabitə tamamilə kəsilmir. İnsan həyatının davam etməsi üçün zəruri olan orqanlar fəaliyyətlərini davam etdirirlər. Ürək döyüntüsü, qanın hərəkəti, nəfəs almaq kimi.

İnsan yatan zaman ruhu bədənindən ayrıldığı üçün zahiri hiss orqanları ilə rabitədə olmaz. Gələcək və gizli məsələlər haqqında məlumatları dərk edə bilər. Bu, adətən sadiq yuxular zamanı baş verir. Ancaq yatan zaman ruhun necə bədəndən ayrılmasını biz dərk edə bilmərik.

Ölümlə yuxunun fərqi.


Ölümlə yuxunun bir çox oxşar və fərqli cəhətləri vardır. Ancaq bir böyük oxşaqlıqları vardır ki, bu da Allah həm ölən zaman və həm də yatan zaman ruhu bədəndən çıxarır. Ancaq ölən zaman ruh insana qayıtmır. İnsan beyni tətilə çıxır. Ancaq yatan zaman isə beynin yalnız bir hissəsi tətil edir.

Qurani-Kərimdə buyurulur: "Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır. Beləliklə ölümün qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir. Şübhəsiz, bunda düşünənlər üçün nişanələr vardır". ("Zumər" 42).

Beləliklə aydın olur ki, yuxu ölümün qardaşıdır. İnsan ruhu yuxuda olan zaman bərzəx qəlibinə girər. Uçmağa başlayar. Oyaq vaxtı edə bilmədiyini yuxuda edir və hər yeri gəzir. Bu məsələ ruhun təkamülündən asılıdır. Ona görə də çox az ruhlar bu məsələyə agah olurlar. Necə ki, bəzi İlahi Övliyalar üçün də bu məsələ ayıq olan zaman baş verir.

İnsan yuxuda hər şeyi dərk edə bildiyi kimi, ölən zaman da bu məsələləri daha geniş dərk edir. O zaman ki, insan ölür, gözündəki pərdə kənara çəkilir. Dünyadan da ali bir dünyanı müşahidə edir. O aləmdə bu dünyadakı kimi məhdudiyyətlər mövcud deyildir. Orada məkan və zaman yoxdur.

Axirət dünyasının həyatı bu dünya ilə müqayisədə daha dərin və daha genişdir."Ölüm bihuşluğu həqiqətən gələr və həqiqəti çıxarar. (Və ona deyərlər:) Bu sənin qaçdığın həmin şeydir. Və Sur (ikinci dəfə) çalınar. Həmin gün (Allahın) hədələyici vədlər (inin gercəkləşməsi) günüdür. (Həmin gün) hər bir kəs bir sürükləyənlə və (əməllərinə şəhadət verəcək) bir şahidlə gələcəkdir". ("Qaf" 19-22).

Ruhun Qiyamətə getməsi.


İnsan ruhu yatan zaman Qiyamət və gələcək haqqında məlumat əldə edə bilər. Quranın buyurduğu kimi yuxuların bəzisində gələcək və yaxın zaman haqqında məlumat ala bilərsiniz. Buna Həzrət Yusifin (ə) ("Yusif" 36-43), Peyğəmbəri-Əkrəmin (s) ("Fəth" 27), Həzrət İbrahimin (ə) ("Saffat" 102) sadiq yuxularını misal çəkmək olar.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.