Müsəlman Kimdir?

18 Kasım 2014
3 033
0
Müsəlman Kimdir?
Müsəlman Kimdir?


Müsəlman kimdir 

Bu sualın cavabını Müqəddəs Qurani-Kərim cavab verir.
Hər ayəni oxuduqca öz nəfsini hesaba çək səndə bu əlamətlərin hansıları var, əksiklərin varmı.

 O kəslər ki, iman gətirmişlər və pis əməllərdən çəkinmişlər.
(Yunis, 63)

 O kəslər ki, səbr edər və yalnız Rəbbinə bel bağlayarlar. (Ənkəbut, 59)

 O kəslər ki, namaz qılır ,zəkat verir və axirətə möhkəm inanirlar.
(Nəml, 3)

 O kəslər ki, namazlarında müti olub boyun əyərlər! O kəslər ki, lağlağıdan üz döndərərlər; O kəslər ki, zəkat verərlər; O kəslər ki, ayıb yerlərini qoruyub saxlayarlar. Əmanətlərini və əhdlərini qoruyub saxlayarlar, Namaza riayət edərlər. (Muminun 2,5,8,9)

 Onlar xərclədikdə nə israfçılıq, nə də xəsislik edər , bu ikisi arasında orta yol tutarlar. Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın buyurduğu cana nahaq yerə qıymaz, zina etməzlər.
(Furqan 67,68)

 O kəslər ki, daim namaz qılar; O kəslər ki, onların mallarında məlum bir haqq vardır-dilənən və məhrum olan kimsə üçün; O kəslər ki, haqq-hesab gününü təsdiq edərlər; O kəslər ki, Rəbbinin əzabından qorxub tir-tir əsərlər; O kəslər ki, əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər; O kəslər ki, düzgün şəhadət verərlər. (Məaric 23-27, 32-33)

 O kəslər ki, başına bir müsibət gəldiyi zaman “Biz Allahınıq və Ona tərəf qayıdacağıq!” deyərlər.
(Bəqərə, 156)

 O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!
(Ali-İmran, 191)

 O kəslər ki, Allaha verdikləri vədi yerinə yetirir və əhdini pozmur. O kəslər ki,Allahın birləşdirməsini əmr etdiyi şeyləri birləşdirir və pis haqq-hesabdan qorxurlar və O kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbr edər, namaz qılar, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar.
(Rəd 20-22)

 O kəslər ki, Rəbbinin ayələrini oxuduğu vaxt özünü ona qarşı kar və kor kimi aparmaz. (Furqan, 73)

 Rəhmanın bəndələri O kəslərdir ki, onlar yer üzündə təmkinlə gəzər, cahillər onlara söz atdıqları zaman SALAM deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam içində keçirərlər. (Furqan 63,64)

 Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!
(Ali-İmran, 102)

 Bir qövm öz nəfsində olanı dəyişdirmədikcə Allah da o qövmdə olanı dəyişməz.

✅ PAYLAŞ VƏ XEYİRƏ VƏSİLƏ OL !

Elm paylaşdıqca artar !

http://www.forumlordum.net/attachments/6951d1411975384/dini.gif


R.T.Fikammm
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.