Qadınlara tövsiyyə

20 Kasım 2014
4 056
0
Qadınlara tövsiyyə
Qadınlara tövsiyyə

Hər bir insanın yalnız özünə diqqət yetirdiyi, şəxsi maraqlarını hər şeydən üstün hesab etdiyi bir əsrdə yaşayırıq.
Belə mühitdə müsəlman qadının qarşısında çox böyük çətinliklər dayanır. Çünki insana əzəldən bəri düşmənçilik edən şeytan hər vasitə ilə onu çətinliklərlə üz-üzə qoyur.

Hər kəs bilir ki, gələcək nəslin yetişdirilməsi qadınların məsuliyyətidir. Qadın öz evində kişi böyüdüb xalqa, ümmətə qəhrəman övladlar təqdim edir. 
Amma qadın bu qədər əhəmiyyətli bir işin öhdəsindən necə gələ bilər?! Cavabını axtardığımız sual da elə budur. Müsəlman qadın möhkəm bünövrəli ailə qurmaq üçün ilk növbədə həqiqi, öz dini ilə qürur duyan, Rəbbinin göndərdiyi Quarani-Kərimə və Peyğəmbərinin (sallallahu aleyhi vasəlləm) sünnəsinə sarınan müsəlman olmalıdır.
Biz də öz növbəmizdə müsəlman qadının getdiyi yolu az da olsa, işıqlandırmağa çalışırıq.
Peyğəmbərimizin (sallallahu aleyhi vasəlləm) qadınlara söylədiyi bəzi tövsiyələrini çatdıracağıq. 
Siz bu tövsiyələrə əməl etdikdə əvvəllər olmayan qeyri adi həvəs və güc hiss edəcəksiniz. Tövsiyələrin əhəmiyyətini də, o zaman dərk edəcəksiniz.
İki cür tövsiyə var:
Birincisi: Sağlam adamın digərinə tövsiyəsi. Bu bir-birinə yaxşı işləri əmr etmək, pis işdən çəkindirmək, xeyrə həvəsləndirmək və yaxud şərdən uzaqlaşdırmaq ola bilər.
İkincisi: Ölüm ayağında olan insanın mal-mülkü barədə tövsiyəsi. Bu, boynunda qalmış borc və ya çatdırılası haqq barədə ola bilər. Bu növ tövsiyələr öldükdən sonra həyata keçirilir. Biz isə birinci növ haqqında danışacağıq. Peyğəmbərimiz  qadınlara lazımi tövsiyələr etmiş, onların həm dünyada, həm də axirətdə nicat tapmaları üçün yol göstərmişdir.
Bu tövsiyələri toplayarkən onların həyatın hər sahəsini əhatə etməsinə xüsusi diqqət ayırmışıq. 
Həmçinin yalnız səhih hədislərdə deyilən tövsiyələri cəm etmişik. 
Eyni zamanda tövsiyələrin asan və anlaşılan tərzdə tərtib edilməsinə çalışmışıq. 
Tövsiyələr, Peyğəmbərimiz Muhəmmədin qadınlara etdiyi müraciətindən, yaxud xəbərdarlığından və ya əmrlərindən ibarətdir. 
Əsas məqsəd odur ki, şəfqət və mərhəmət Peyğəmbəri Muhəmmədin (sallallahu aleyhi vasəlləm) sözləri, Həvva anamızın dinində zəif olan hər bir qızına gözəl tövsiyə olsun.
Bu tövsiyələri cəm etməkdə bizə kömək edən Allaha həmd olsun!
Ey Müsəlman bacım!
Sədaqətli qəlblə Rəbbinə doğru addımla. Peyğəmbərinin tövsiyələrini dərrakəli ağılla dinlə. Hara getsən, kimi dinləsən yenə də Peyğəmbər kəlamından daha doğru və kamil söz eşidə bilməyəcəksən. Bil ki, səni dünya xoşbəxtliyinə və axirət qurtuluşuna aparacaq yol Allaha və Peyğəmbərinə  itaətdir. Uca Rəbbimiz bunu bizə xatırladaraq buyurur: 
Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar. (əl-Əhzab: 71).
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.