Qara Zirə Və onun Yağı

19 Ağustos 2014
4 206
0
Qara Zirə Və onun Yağı
Qara Zirə Və onun Yağı

Qara zirəni və yağını müalicə əlacı kimi istifadə etməzdən öncə bir sıra məlumatlardan xəbərdar olmağınız da yerinə düşərdi. Belə ki, Qara zirə hüceyrələrdəki metabolizm fəaliyyətinə kömək edir. Hüceyrələrin inkişafı və yeniləşməsində qara zirəyə ehtiyac vardır. Bədənə lazım olan hormonların inkişafına təsir edir. Qara zirə allergiyanın yaranması ilə bağlı olan histamin kimi maddələrin artmasının qabağını alır. Hormonların yaranmasında iştirak etdiyi üçün möhkəm bir hormon müdafiəsini və sinir sisteminin fəaliyyətini təmin edir, immun blokadasının aradan götürülməsinə kömək edir, müdafiə hüceyrələrinin lazım olduğundan artıq iş görməsinə maneə yaradır, hüceyrələrin məhv olması, yeniləşməsi və hüceyrə divarlarının möhkəmlənməsində iştirak edir, qanda xolesterolu normallaşdırır, qan damarlarındakı qanın sürətini tənzimləyir və tıxanmaların qarşısını alır, yüksək qan təzyiqini endirir və aşağı təzyiqi, nəbzi normaya salır və ürəkdə ilk infarkt riskini azaldır, yaralanmış yerlərin tez yaxşılaşmasına və dərinin qüsurlarının aradan qaldırılmasına kömək göstərir. İnsan orqanizmi doymamış yağ turşularını istehsal etmədiyi üçün onları xaricdən almağa məcburdur. 1 qram qara zirə yağı bu baxımdan gündəlik tələbatımızı təmin edir. Qara zirədəki niqellon və alfapinen kimi efirli yağlar tənəffüs borusunu genişləndirir, əzələlərin genişlənməsinin qarşısını alır. İfrazatı normaya salır və öskürəyi sakitləşdirir, iltihabı aradan qaldırır, ağrıları kəsir və sidiyi bayıra qovur. Uzun müddət ardıcıl qəbul edildikdə qara zirə qanda şəkəri aşağı salır.Bu qədər ecazkar keyfiyyətlərə malik və Allahın Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun) tərifinə layiq olan qara zirə bundan öncə sadaladığımız özəllikləri ilə aşağıdakı xəstəliklərdə və çatışmazlıqlarda son dərəcə müsbət nəticələr əldə etmək üçün faydalıdır (Xəstəliklər və onların müalicə edilməsi üçün zəruri olan proseduraların təsvirinə keçməzdən öncə deməliyəm ki, qara zirə toxumunu və ya yağını qəbul etməzdən əvvəl siqaret çəkən şəxslər siqareti atmalıdır. Bundan başqa yuxarıda göstərdiyimiz hansısa xəstəliyə dair kitab-soraqçamızdan konkret məlumat əldə edə bilməsəniz, müvafiq və çoxsaylı elektron mənbələrə müraciət etmək olar. Mənbələr haqqında soraqçanın sonunda – istifadə edilmiş ədəbiyyat bölümündə məlumat tapmaq olar). Növbət xəbərlərimizdə qara zirənin faydalı olduğu sahələrdən söz açacayıq
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.