Qara Zirə Və onun Yağı ilə Müalicə üzrə Tövsiyyələr - 2

20 Ağustos 2014
5 445
0
Qara Zirə Və onun Yağı ilə Müalicə üzrə Tövsiyyələr - 2
Qara Zirə Və onun Yağı ilə Müalicə üzrə Tövsiyyələr - 2

11. GÖZ AĞRISI:
Qara zirə yağı göz xəstəliklərinin əksəriyyəti üçün faydalıdır. Onu səhər və axşam yatmazdan qabaq gözünüzə damcıladın, gözünüzün (və ya gözlərinizin) ətrafına sürtün və bundan sonra bir-neçə damcı qara zirə yağı qarışdırılmış 1 xörək qaşığı bal yeyin.

12. XORA:
1 fincan bala 10 damla qara zirə yağı qarışdırın. Hər gün səhərlər ac qarına alınmış qatışıqdan bir qaşıq için. Sonra 1 stəkan süd için. Fasiləsiz olaraq 2 ay bunu davam etdirin.

13. XƏRÇƏNG:
Qara zirə yağını yoluxmuş sahəyə çəkin. Habelə, gündə 3 dəfə 1 çay qaşığı qara zirə yağı və 1 stəkan yenicə sıxılmış yerkökü şirəsindən ibarət olan içki için (içməzdən öncə mayeni silkələyin ki, qarışsın). Belə qarışığı 3 ay qəbul edin. (Məlumatın alındığı mənbədə rəvayət edilir ki, bir qadın boğazında çıxmış xərçəng şişini məhz qara zirənin köməyi ilə müvəffəqiyyətlə sağaltmışdı!)Habelə, qara zirəni sarımsaqla qəbul etmək məsləhət görülür. Bütün bu proseduralar Quran oxumaqla və Uca Allaha dua etməklə müşayiət olunmalıdır.

14. TƏNBƏLLİK:
Qara zirə yağının 10 damcısını 1 stəkan portağal şirəsinə qarışdırın və alınmış içkini 10 gün ərzində yuxudan durandan sonra qəbul edin. Bu zaman ən vacib olan: sübh namazından sonra yatmamaqdır.

15. YADDAŞIN YAXŞILAŞDIRILMASI:
7 damcı qara zirə yağını qaynama dərəcəsinə çatdırılmış nanəyə damcılayıb onu balla qarışdıraraq istənilən vaxtda isti-isti içmək. Eyni zamanda kofe və çay içməkdən çəkinmək məsləhətdir.

16. ASTMA:
Xəstənin sinəsini zeytun yağı ilə qarışdırılmış qara zirə yağında ovmaq (1 = 5 nisbətində, bütün hallarda: 1-ci rəqəm zirə yağını, ikinci rəqəm başqa komponentləri bildirir, yəni 1 hissə zirə və 5 hissə zeytun yağının qarışığı). Qara zirə yağının buxarını udmaq və çay qaşığının ¼ dilin altında saxlamaq tövsiyə edilir.

17. ŞƏKƏR XƏSTƏLİYİ:
1 stəkan qara zirə toxumunu, 1 stəkan vəzəri toxumunu və yarım stəkan nar qabığını qarışdırıb, onları toz halına gətirilənədək döymək. 1 ay ərzində səhər yeməyindən qabaq bu tozun yarım qaşığını 1 çay qaşığı qara zirə yağı ilə qəbul etmək.

18. QULAQ AĞRISI:
1 diş təzə sarımsağı 3 gün ərzində 1 unsiya qara zirə yağında islatmaq. Alınmış qarışıqdan bir neçə damcı bilavasitə ağrıyan qulağa damcılamaq və qulağın ətrafını da masaj etmək.

19. DİARREYA:
1 çay qaşığı qara zirə yağını 1 fincan yoğurd ilə qarışdırmaq. (Yoğurdun halal yoğurd olmasına əmin olun.) Hazırladığınız qarışığı gündə 2 dəfə 3 gün ərzində qəbul edin.

20. ƏZƏLƏ AĞRILAR:
Əzələ ağrılarının müalicəsi üçün öncə acqarına 5 diş sarımsaq yeyin. Bundan bir saat sonra dəmlənmiş 1 stəkan darçın çayına 5 damcı qara zirə yağı damcılayıb qəbul edin. Zeytun yağı ilə qarışdırılmış bir qədər qara zirəni azca qızdıraraq ağrılı yerə tez-tez çəkin. Habelə yatmazdan öncə qaynadılmış qara zirənin balla qarışdırılmış qarışığını için.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.