Dünyəvi zövqlərin bitdiyi an: Ölüm

04 Aralık 2014
2 043
0
Dünyəvi zövqlərin bitdiyi an: Ölüm
Dünyəvi zövqlərin bitdiyi an: Ölüm

Dünyəvi zövqlərin bitdiyi an: Ölüm

Dünya həyatına həvəslə bağlanan bütün insanların çox yaxşı bildiyi, ancaq daima qaçmağa çalışdığı mühüm bir həqiqət var. Hər insanın bir gün mütləq qarşılaşacağı ölüm qəti həqiqətdir və inkar edənlər üçün ALLAH`ın izni ilə sonsuz əzabın başlanğıcıdır. Ancaq bəzi insanlar həyatı boyu ölümü mümkün olduqca az düşünməyə, az xatırlamağa və hətta unutmağa çalışırlar. Ta ki, ölüm onlara gələnə qədər...


Ölüm hər insanın dünyada bir müddət yaşadıqdan sonra qarşılaşacağı labüd həqiqətdir. Ölümlə həyatını dünyəvi istəklər üzərində qurmuş bir insanın bu dünyaya verdiyi əməyi bir anda silinib yox olacaq, tamamilə mənasızlaşacaq. İllərlə sərf etdiyi əmək, topladığı sərvət, insanların arasında təriflənən bütün dəyərlər ölümlə əhəmiyyətini itirəcək.


İnsan dünyanın ən varlı, ən gözəl, ən hörmətli, ən tanınmış şəxsi olsa da, bir anda bütün maddi dəyərlərini itirəcək. Bədəni qısa müddətdə pis vəziyyətə düşəcək, sonra torpağın altında çürüyüb məhv olacaq. Axirətə inanmayan bir insan dünya həyatında illər boyu etdiyi səyləri ancaq bu son üçündür. Həyatını həvəslə yaşamağa çalışmaq, bütün zövqləri dadmağa çalışmaq insanın qarşılaşacağı son üçün heç nəyi dəyişdirməyəcək. Ölüm bütün bu zövqləri qəti şəkildə yox edəcək.


Ən əsası, ölüm inkarçıların həvəslə bağlandığı dəyərin sona çatdığı, əvəzinə böyük peşmançılığın və çətin həyatın başladığı an olacaq. ALLAH bu insanların əbədiyyən davam edəcək əzabdan əvvəl ölüm anlarında da böyük əzab çəkəcəklərini Quranda bildirir:


Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda necə olacaq? (Muhəmməd surəsi, 27)
… Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: "Canlarınızı çıxarın! ALLAH`a qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!” (– dediklərini) bircə görəydin. (Ənam surəsi, 93)
Ölümü unutmağın nəticəsi: peşmançılıq


Bütün ömrünü dünya həyatından daha çox faydalanmaq həvəsi ilə yaşayan insanlar ölümlə qarşılaşdıqda həyatı boyu vicdanlarını daima susdurmağa, düşünməməyə çalışdıqları ölümün nə qədər gerçək olduğunu anlayacaqlar. Dərhal ALLAH`a sığınıb xilas yolu tapmağa çalışacaqlar. Ancaq ALLAH`ın Quranda "Sənin Rəbbin və səf-səf (düzülmüş) mələklər gələcək və o gün Cəhənnəm gətiriləcək.


Dünyəvi zövqlərin bitdiyi an: Ölüm

O gün insan xatırlayacaqdır. Lakin (bu) xatırlamanın ona nə faydası? O: "Kaş (axirət) həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”–deyəcəkdir” (Fəcr surəsi, 22-24) ayələri ilə bildirdiyi kimi, artıq bu peşmançılığın insana faydası olmayacaq. Çünki ALLAH insana doğru yolu və rəhmətini görməsi üçün bir ömür qədər vaxt vermişdir. ALLAH Quranda ömürlərini qəflət içində keçirən insanların peşmançılığını belə bildirir:


Onlar orada fəryad qoparıb yalvaracaqlar: "Ey Rəbbimiz! Bizi çıxart ki, etdiyimiz əməlləri deyil, yaxşı əməllər edək”. (Onlara deyiləcək:) "Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın (əzabı!) Zalımlara kömək edən olmaz”. (Fatir surəsi, 37)


ALLAH onlara verilən müddəti əleyhlərində istifadə edən, ölümlə qarşılaşdıqda isə tövbə etməyə qərar verən insanların tələblərinin qəbul edilməyəcəyini bildirir. Bu səbəbdən, hər insan ALLAH`ın xatırlatdığı bu həqiqəti hələ vaxt var ikən düşünməli və geriyə dönüş olmayan an gəlməzdən əvvəl ALLAH`a təslim olmalıdır.

Dünyəvi zövqlərin bitdiyi an: Ölüm


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.