Savab qazanmanın 6 asan yolu.

05 Aralık 2014
1 363
0
Savab qazanmanın 6 asan yolu.
Savab qazanmanın 6 asan yolu.



Savab qazanmanın 6 asan yolu.
1.Sədəqə savabı istəyirsiniz, amma imkanınız yoxdu?
O zaman qarşılaşdığın insanlara təbəssüm bəxş et. Peyğəmbərimiz(s.a.v) buyurmuşdur: "Möminin möminə qarşı təbəssümü sədəqədir".

2.Günahlarının saralmış yarpaqlar kimi tökülməsini istəyirsən mi?
Qarşılaşdığın insana əlini uzatmağın bəs edər,xoş niyyətlə salamlaş, söhbət et. Peyğəmbərimiz(s.a.v) buyurmuşdur:"İki mömin qarşılaşdıqda, biri əlini uzadıb salamlaşarsa, günahları saralmış yarpaqlar kimi tökülər".

3.Sədəqənin ən çox savab qazandıranını vermək istəyirsən? Bu da çətin deyil.
Küsənləri barışdır, aralarını düzəlt.
Peyğəmbərimiz(s.a.v) buyurmuşdur: "Sədəqənin ən savablısı, küsülüləri barışdırmaqdır".

4.Rəbbimizin köməyini istəyirsən? Sənə İlahidən hədiyyələrin gəlməsini istəyirsən?
Elə isə, Sən də insanlara kömək et, dəstəyini əsirgəmə. Peyğəmbərimiz(s.a.v) buyurmuşdur: "Qul,qardaşının köməyində olan müddətdə, ALLAH da onun köməyindədir".

5.Kamil bir müsəlman olmaq istəyirsən? Bu da çətin deyil.
Yetər ki, heç kimlə küsülü qalma. Peyğəmbərimiz(s.a.v) buyurmuşdur: "Kamil müsəlmana din qardaşı ilə üç gündən artıq küsülü qalması halal deyil".

6.Rəbbinin mərhəmətini əldə etmək istəyirsən?
Elə isə həm insanlara,Həm də digər canlılara mərhəmət et. Peyğəmbərimiz(s.a.v) buyurmuşdur: "Mərhəmət etməyənə, mərhəmət edilməz. Siz bu dünyada canlılara mərhəmət edin ki, Rəbbimiz də sizə axirətdə mərhəmət etsin".

Savab qazanmanın 6 asan yolu.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.