Qırx dəfə Quran oxumaq savabına malik olan fəzilətli bir namaz.

08 Aralık 2014
1 991
0
Qırx dəfə Quran oxumaq savabına malik olan fəzilətli bir namaz.
Qırx dəfə Quran oxumaq savabına malik olan fəzilətli bir namaz.


"Biharul-ənvar" kitabının 89-cu cildində İmam Cəfər Sadiq (ə)-dan nəql olunmuşdur ki, buyurub: "Hər kəs cümə gününün zöhr çağından qabaq iki rukət namaz qılıb, hər rukətdə "həmd" surəsindən sonra altımış dəfə "İxlas" surəsini oxuduqdan sonra rukuda üç və ya yeddi dəfə "Subhanə Rəbbiyəl-əzimi və bihəmdih" zikrini deyərək və habelə səcdələrdə zikirləri dedikdən sonra bu duanı oxusun:
"Səcədə ləkə səvadi və xəyali və amənə bikə fuadi və əbuu iləykə vətərifu ləkə biz-zənbil-əzimi əmiltu suən və zələmtu nəfsi fəğfirli zunubi fəinnəhu la yəğfiruz-zunubə illa ənt. Əuzu biəfvikə min uqubətikə və əuzu birəhmətikə min nəqimətikə və əuzu birizakə min səxətikə və əuzu bikə minkə la əbluğu midhətəkə və la uhsi nimətəkə vələs-sənaə və ələykə əntə kəma əsnəytə əla nəfsikə və əmiltu suən və zələmtu nəfsi fəğfirli zunubi innəhu la yəğfiruz-zunubə illa ənt."
Belə bir şəxs qırx dəfə Quran oxumuş şəxsin savabına nail olar.

Dəfələrlə təcrübə olunmuş ayrı bir hacət namazı

Bunun üçün ehtiyac vaxtında iki rukət namaz qılmaq lazımdır. Belə ki, birinci rukətdə "Həmd" surəsindən sonra "İnna fətəhna" surəsini "Nəsrən əziza" əyəsinədək, ikinci rukətdə isə "Həmd" surəsindən sonra "İnşirah" surəsini sonadək oxumaq və daha sonra öz hacətini Allahdan istəməlidir."

Ayrı bir hacət namazı

Bunun üçün iki rukət namaz qılıb, Həzrət Fatimə (s.ə)-nın təsbihini desin. Və daha sonra səcdəyə gedərək iki yüz iyirmi dəfə "Və zən-nuni iz zəhəbə muğazibən..." ayəsini ozuyub, səcdə halında öz hacətini Allahdan istəsin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.