Hz.Əlinin dilindən ədalət.

09 Aralık 2014
10 880
0
Hz.Əlinin dilindən ədalət.
Hz.Əlinin dilindən ədalət.


Ədalət, iki siyasətin ən xeyirlisidir.
Ədalət imanın başı, yaxşılıqların yığıcısıdır.
Ədalət xalqın dayağı, hakimlərin gözəlliyidir.
Ədalət, sənə zülm edildiyində (cavab verərkən) insaflı olmağındır; fəzilət isə, üstünlük qurduğunda bağışlamağındır.
Ədalətli ol ki hökm edə biləsən.Ədalətli ol ki padşah olasın.Ədalətli ol ki qüdrətin davamlı olsun.
Ədalətin baş bəlası qüdrətli zalımdır.

Hz.Əlinin dilindən ədalət.
Xalqa qarşı yaxşı niyyətli olmaq, az tamah və çox dindarlıqla ədalətdən kömək istə.
Ən uca hədiyyə ədalətdir.
Ən gözəl ədalət məzluma kömək etməkdir.
Xalqın ən ədalətlisi özünə zülm edənə qarşılıq insaflı olanıdır.
Hökm verərkən insaflı olub zülmdən qaçmaq ədalətdəndir.

Hz.Əlinin dilindən ədalət.
Həqiqətən də ədalət, Allah tərəfindən xalq arasında buraxılmış bir ölçüdür; Allah onu, haqqı qoymaqla vəzifələndirmişdir. Elə isə ONA müxalif çıxma və hökmranlığının qarşısında dayanma.
Həqiqətən də Allah, ədalət və lütfkarlığı əmr etmiş, çirkin sifətlərdən və zülmdənsə məhrum etmişdir.
Ədalət bəyənilən, zülm isə bəyənilməyəndir.
Ədalət, şahidliyin ruhudur.
Hz.Əlinin dilindən ədalət.
Ədalət hökmlərin canıdır.
Ədalət ən yaxşı şahidlikdir.
Ədalət xalqı islah edər.
Ədalət sultanın fəzilətidir.
Ədalət ən böyük zənginlikdir.
Ədalət insafdır.

Hz.Əlinin dilindən ədalət.
Ədalət ölçü, zülm isə həlakdır.
Ədalətli, iki mükafatdan ən yaxşısını gözləyən müşahidədir.
Xalqın ən ədalətlisi, haqq üzrə hökm edəndir.
Ədalət bərəkəti artırar.
Allah ədaləti, xalqa dəstək olmaq; zülmü və günahları təmizləmək, İslamın inkişafını təmin etmək üçün təqdir etmişdir.
Ədalətli insanların fəlakəti az dindarlıqdır.

Hz.Əlinin dilindən ədalət.
Ədalətin gözəlliyi xalqın nizamıdır.
Siyasətlərin ən xeyirlisi ədalətdir.
Özünə zülm edən, başqasına necə ədalətli davranar?
Siyasətçi olmaq üçün ədalətli olmaq kifayətdir.
Miniyin ədalət olsun, çünki ona minən padşah olar.

Hz.Əlinin dilindən ədalət.
Haqsızlıq bitmədikcə ədalət əsla təmin edilməz.
Zənnə görə hökm vermək ədalətdən deyil.
Ədalətli olan güclü olar.
Ədalətli olanın hökmü təsirli olar.
Ədalətli olanın dəyəri artar.

Hz.Əlinin dilindən ədalət.
Ədaləti çox olan hər vaxt təriflənər.
Şəhərlərdə ədalətli olana Allah rəhmətini yayar.
Kimin xarici daxiliylə bir olar, əməli sözünü doğrularsa belə kimsə əmanəti yerinə yetirmiş və ədaləti sabit olmuşdur.
Allah, ədalətli davrananın səltənət və mülkünü sağlamlaşdırar.
Ədalətin siyasəti üçdür: Dayanıqlılıqda mülayim olmaq, ədaləti sonuna çatdırmaq, münasib bir şəkildə lütf etmək.
İki şeyin savabı ölçülməz: Əfv və ədalət.

Hz.Əlinin dilindən ədalət.
Dostun və düşmənin haqqında ədalətli ol, kasıblıq və zənginlikdə isə münasib ol!
Ədalətin son dərəcəsi insanın öz nəfsinə qarşı ədalətli olmasıdır.
Ədalətdə lütfkarlıq vardır.
Ədalətdə, Allahın sünnəsinə uyğun gəlmək və dövlətlərin sabitliyi vardır.
Ədalətdə genişlik vardır; ədalətin çətin gəldiyi kimsəyə zülm daha çətin gəlir.

Hz.Əlinin dilindən ədalət.
Zülmdən qaçmaq, ədalətin tələb etdiyi şeylərdəndir.
Ədalətlə bir şeyə sahib olmadıqca şəhərlər inkişaf edə bilməz.
Zəifləri ədalətindən ümidsiz etmə!
Zülmlə alınan şeyləri geri vermək kimi üstün ədalət yoxdur.
Ədalət həyatdır.
Öz hökmün nəfsinə təsir etdiyi zaman xalqın nəfsi də sənin ədalətinə yönələcək.

Hz.Əlinin dilindən ədalət.
Ədalət ən xeyirli hökmdür.
Ədalət qurtuluş və ucalıqdır.
Ədalət xalqın dəstəyi, dayağıdır.
Ədalət hökmdarlığın nizamıdır.
Ədalət ən möhkəm təməldir.
Ədalət ən üstün xasiyyətdir.
Ədalət, ona əməl edəni zülmlərin məngənəsindən rahatlığa çıxarar.
Ədalətin baş bəlası qüdrətli zalımdır.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.