Əlacı olmayan xəstəlik üçün oxunan dua

15 Aralık 2014
22 227
0
Əlacı olmayan xəstəlik üçün oxunan dua
Əlacı olmayan xəstəlik üçün oxunan dua
Əlacı olmayan xəstəlik üçün oxunan dua

Seyyid ibni Tavus (rəhmətullah əleyh) "Muhcud-dəvat kitabında Səid ibni Əbulfəthdən nəql etmişdir ki,
o, belə deyib:
"Mən ağır bir xəstəliyə tutulmuş və həkimlər məni müalicə etməkdən aciz qalmışdılar.
Bu duanı oxumaqla şəfa tapdım."

İmam Cəfər Sadiq (ə)-dan nəql olunmuşdur ki, Həzrət Peyğəmbər (s) buyurub:
Xəstə olan hər şəxs sübh namazından sonra 40 dəfə (bu sözü) deyərək əlini xəstə olan yerə sürtərsə, o xəstəlikdən şəfa tapar:
"Bismillahir-rəhmanir-rəhim. Əlhəmdu lillahi Rəbbil-aləmin. Həsbunəllahu və niməl-vəkil. Təbarəkəllahu
əhsənul-xaliqin. Və la həvlə və la quvvətə illa billahil-əliyyil-əzim."


Bu duanı xəstə üçün oxuduqda İnşAllah şəfa tapar

"Zubhədətul-dəvat" kitabında rəvayət olunmuşdur ki, Həzrət Peyğəmbər (s), Fatimeyi Zəhra (s.ə)-nın evinə gəib, İmam Həsən (ə) xəstə halında gördükdə narahat oldu. Cəbrail (ə) nazil olaraq dedi:
Ya Muhəmməd! Övladının xəstəikdən qurtarması üçün sənə bir dua öyrədimmi? Desin:
"Əllahummə la ilahə illa əntəl-əliyyul-əzim. Zus-sultanil-qədim. Vəl-mənnil-əzim.
Vəl-vəchil-kərim. La ilahə illa əntəl-əliyyul-əzim. Vəliyyul-kəlimatit-tammat. Vəd-dəəvatil-mustəcabat. Xəlli ma əsbəhə (bi filan.)"
Daha sonra Həzrət Peyğəmər (s) bu duanı oxuyub əlini İmam Həsənin (ə) alnına sürtdü və beləliklədə o Həzrət şəfa tapdı.


Xəstənin şəfa tapması üçün İmam Məhəmməd Təqi (ə)-a aid əməl

Hər bir xəstənin şəfa tapması üçün iki rukət İmam Cəvad (ə)-a təvəssül və hacət namazı qılıb 146 dəfə "Maşaəllahu la həvlə və la qyvvətə illa billah" sözünü desin. Bu əməlin o Həzrətə aid olan saatda həyata keçməsi daha faydalıdır. O həzrətə aid olan zaman isə əsr namazından iki saat sonraya qədər müəyyənləşdirilmişdir ki, o vaxtda hacət qəbul olur.

Xəstələndikdə oxunan dua

"Cəvahirul-Quran" kitabında yazılmışdır ki, xəstə olan şəxs bu duanı xəstəliyi halında qırx dəfə oxusun:
"La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin."

Belə bir şəxs o xəstəliyi ilə ölərsə şəhid savabına nail olar, sağaldıqda isə günahları bağışlanar.

Xəstəlik zamanında oxunan ayrı bir dua

Huseyn ini Nəsim İmam Rza (ə)-dan nəql etmişdir ki, o Həzrətin övladarından biri xəstələndikdə ona buyurdu: (Oğlum)! De:
"Əllahumməşfini bişifaikə və və davəni bidəvaikə və afəni min bəlaikə fəinni əbdukə vəbnu əbdik."

Xəstə yanına getdikdə oxunan dua

"Zubdətul-dəəvat" kitabında yazılmışdır ki, xəstə yanına getdikdə (bu duanı) yeddi dəfə oxuyun.
Belə ki, onun əcəli çatmadıqda tezliklə şəfa tapacaqdır:
"Əsəlullahəl əzim. Rəbbəl ərşil əzim. Ən yəşfik."
Bu dua dəfələrlə təcrübə olunmuşdur.

Xəstənin şəfa tapması üçün dua

"Bismillahir-rəhmanir-rəhim. Ya munəzziləş-şifa və yəzhəbud-da. Səlli əla Muhəmmədin və alih. Və ənzil əla vəchiş-şifa."
Bu duanı həmişə oxusun.

Xəstəlidən şəfa tapmaq üçün ayrı bir dua

Xəstələnmiş şəxs ardıcıl olaraq bu sözü desin: "Ya Huvə. Ya mən ləysə illa huvə. Səlli əla Muhəmmədin və alih.

Xəstənin ağrı və narahatçılığı zaman oxunan dua

Hər kəs xəstənin ağrı və narahatçılıq çəkdiyi zaman əlini onun gicgahına qoyub:
"Və nunəzzilu minəl-Qurani ma huvə şifaun və rəhmətun lil-muminin. Və la yəziduz-zaliminə illa xəsara." cümlələrini oxuyarsa, Allah təala o xəstəyə şəfa verər.


Redaktə etdi : Mrs.IsGenDerLi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.