Şeytandan Allaha necə sığınmaq Lazımdır?

23 Ağustos 2014
3 148
0
Şeytandan Allaha necə sığınmaq Lazımdır?
Şeytandan Allaha necə sığınmaq Lazımdır?

Şeytan görünməyən və haradan gələcəyi bilinməyən bir düşmən olduğundan, onun hiylə və vəsvəsələrindən Allaha sığınmaq, bizim kimi aciz qullar üçün olduqca əhəmiyyətli bir xüsusdur. İnsan üçün şeytanın özündən qurtuluş yoxdur. Xilas olmaq demək imtahan sirrinin qalxması deməkdir ki, bu da yaradılış hikmətimizə zidd bir haldır. Bundan dolayı şeytan həyatı boyunca insana müsəllət olar, vəsvəsə verməyə çalışar.
Rəsul-i Əkrəm sallallahu aleyhi və səlləm bu barədə: "Sizdən hər birinizin bir şeytanı vardır " buyurmuşlar.
Mömin üçün şeytandan qurtuluş olmamaqla yanaşı, onu özündən uzaqlaşdırmaq və zəiflətmək üçün çarələr vardır. Rəsul-i Əkrəm aleyhissalatu vəssalam: "Səfərdə insan dəvəsini zəiflətdiyi kimi, mömin də şeytanını zəiflədə bilər" buyurmuşdur.
Şeytanın vəsvəsəsi, Allah`ı xatırlamaq və O`ndan kömək diləməklə aradan qaldırılar. Fələq surəsinin təfsirində Mücahid deyər ki: " Xannas olan Şeytan qəlbə yerləşər. Allah`ı zikr etdiyi vaxt yığışıb qaçar, qəlb qəflətə girincə yenidən fəaliyyətə keçər. Sanki qaranlıq ilə aydınlığın vuruşması kimi vuruşarlar. Aydınlığın gəlməsiylə qaranlığın getməsi kimi, Allah`ı xatırlamaqla Şeytan uzaqlaşar. Bu sirrə işarə olaraq Qur`an`da: "Şeytan onlara qələbə çaldı da, Allah`ı zikri etməyi onlara unutdurdu" (Mücadələ, 19) buyurulmuşdur"
Şeytanı Zəiflətmə Yolu
Əbu Hüreyrə (Allah ondan razı olsun) nəql edir:

"Bir gün bir möminin şeytanı ilə bir kafirin şeytanı qarşılaşarlar. Kafirin şeytanı yağlı, kök, parlaq və təmizdir. Möminin şeytanı isə, zəif, murdar, çirkli və çılpaqdır. Kafirin şeytanı, möminin şeytanına:
- Bu nə hal? deyə soruşar. Möminin şeytanı:
- Nə edim, bir adama düşdüm ki, adam yediyi zaman bəsmələni oxuyar, mən ac qalaram. İçdiyi zaman bəsmələni oxuyar, mən susuz qalaram. Geydiyi zaman paltarı bəsmələ ilə geyər, çılpaq qalaram. Təmizləndiyi zaman bəsmələ ilə təmizlənər, mən də murdar qalaram, deyər. Bunun üzərinə kafirin şeytanı da:
- Mən elə bir adam ilə yoldaşam ki bunlardan heç birisinə bəsmələ gətirməz. Yeməsində, içməsində və geyməsində mən özünə şərik oluram, deyər ." (Qəzali, Əhya, III).
Şeytanın şərindən Allaha sığınmaqla əlaqəli Qur'an-ı Kərim'də xeyli çox ayələr var.
Məhz bu mövzudakı ayələrdən bəziləri:
"Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, dərhal Allaha sığın. Şübhəsiz ki, O (hər şeyi) eşidəndir, biləndir!" (Əraf,7/200);
"Və də ki: Rəbbim! Şeytanların vəsvəsələrindən sənə sığınaram! Onların yanımda olmalarından da sənə sığınaram, Rəbbim!" (23:97-98.)
Bu ayələrdə şeytanın, xüsusilə ibadət əsnasında insana gizlicə soxulub vəsvəsə verəcəyinə və qızışdıraraq xeyirli işlərdən saxlayıb günaha sövq edə biləcəyinə işarə edilməkdədir.
Xüsusilə Qur`an oxumağa başlandığı zaman insanın ağılını, fikirini dağıdıb oxuduğu Qur`an`dan təsirlənməsini önləmək üçün müxtəlif vəsvəsələr ortaya atan, hətta "belə Qur`an oxunmaz" dedirdərək, Qur`an oxumaqdan imtina etdirmək istəyər. Onun bütün bu oyunlarına qarşı da yenə Allah`a sığınmamız istənilir:
"Qur`an oxuduğun zaman o qovulmuş şeytandan Allah`a sığın!" (Nəhl, 16/98.)
Burada istənilən şey, Qur`an oxumağa başlamayacağımız zaman "Əuzu billəh minə'ş-şeytan'ir-racim" deyərək, öncə "Allah`ın rəhmətindən uzaqlaşdırılmış və cənnətdən qovulmuş şeytandan Allah`a sığınaram" duasını oxumaqdır.
Xüsusilə elm təhsil almaq və ibadət etmək istəyənlər şeytanın əngəlinə qarşı Allaha sığınmalıdır. Ancaq bu yolla o sinsi düşmənin şərindən qoruna bilərlər.
"Əgər şeytandan gələn pis bir düşüncə səni dürtəcək olsa, dərhal Allah`a sığın. Çünki O, eşidən, biləndir." (Fussilət, 41/36)
Şeytani düşüncələrin sinifi və həddi yoxdur. O hər şeyə qarışmaq, hər şeyi bulandırmaq istər və ona tabe olduğumuz şeylər kiçik də olsa bunlardan məmnun olar.

Çünki onun irəliyə dönük sərmayələri vardır və bunun daha böyüklərini etdirməyi planladığı üçün əvvəl kiçikdən kiçiyə bizləri yoxlayar. Birinci günahı işlətdiyi zaman böyük bir zəfər qazanmış kimi sevinərək qışqırar. Çünki şeytanın çağırdığı birinci pilləyə çıxan ikinciyə daha asan və daha rahat çıxacaq. Bu vaxt özünün məşğul olub başa çıxa bilmədiyi kəsləri isə həmcinslərindən zəifliyi
Şeytandan Allaha sığınmaq, yalnız normal insanlara məxsus bir şey deyil. Ondan Peyğəmbərlər, vəlilər və saleh kəslər də Allaha sığınmışlar, dua edərək onun rəhmət qapısını döymüşlər. Onsuz da Qur`an-i Kərimdə;
"Də ki: Duanız olmasa, Rəbbim sizə nə deyə dəyər versin?" (25:77);
"Mənə dua edin, qəbul edim. Çünki mənə ibadəti buraxıb böyüklük göstərənlər (təkəbbürlənənlər), alçaldılaraq (zəlil olaraq) cəhənnəmə girəcəklər." (40:60.);
"Əl açıb yalvarmağa layiq olan ancaq Odur. Onun xaricində əl açıb dua etdikləri heç cür onların duasını qəbul edə bilməzlər.. Onlar ancaq ağızına gəlsin deyə suya doğru iki ovucunu açan kimsə kimidir. Halbuki (suyu ağızına aparmadıqca) su onun ağızına girəcək deyil. Kafirlərin duası şübhəsiz hədəfini çaşmışdır." (13:14)
ayələriylə möminlər Allaha dua etməyə və ona sığınmağa dəvət edilmişlər. Bu da unudulmamalıdır ki, "Razılığını qazanmaq üçün, qorxaraq və ümid edərək, gizlicə, həddi aşmadan, darlıq və bolluq zamanlarında" (1) Allaha dua etmək bizim üçün bir vəzifədir və bunu Rəbbimiz bizdən istəyir. Çünki dua, eyni zamanda bir ibadətdir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.