Allahı zikr etməyin fəziləti

21 Aralık 2014
1 518
0
Allahı zikr etməyin fəziləti
Allahı zikr etməyin fəziləti

Peyğəmbər - sallallahu aleyhi və səlləm - de­mişdir: «Sizə əməllərinizin ən xeyirlisi­ni, Sa­hi­biniz yanında ən təmiz olanı­nı, dərə­cələriniz içində ən yüksəyini, si­zin üçün qızıl-gümüş xərcləməkdən daha xeyir­lisini, düşməninizlə qarşılaşıb onla­rın boyunlarını vurmağınızdan, onların da sizin boyunlarınızı vurmasından daha xeyirlisini sizə bil­d­­i­rimmi?» Əshabələr dedilər: «Bəli!» O dedi: «Uca Allahı zikr et­məkdir». (ət-Tirmizi, 5/459).

Allah Elçisi demiş­­dir: “Subhənəl­lah, vəlhəmdulilləh, və lə iləhə illəllahu, və Allahu Əkbər”- deməyim, mənim üçün günəşin üzərinə doğduğu hər şey­dən daha sevimlidir”. (ət-Tirmizi, 3597).

Allah Elçisi buyurmuşdur: “Həqiqətən, söylədiyiniz təsbih (Subhənallah), təhlil (Lə iləhə illəllah) və təhmid (Əlhəmdulilləh) kəlmələri Allahın ucalığını ifadə edən zikrlərdir. Onlar Ərşin ətrafında fırlanır, bal arısının vızıltısı kimi səsləri olur və öz sahiblərini yad edirlər. Sizdən biri onu yad edən bir kim­sə­nin olmasını istəməzmi?!” (İbn Məcə, 3809).

Allah Elçisi buyur­muşdur: “Oturaraq Uca Allahı yad edən elə bir qövm yoxdur ki, onlar ayağa qalxdıqda belə deyilməsin: “Qalxın, Allah günahlarınızı bağış­ladı və günahlarınız savablarla əvəz edildi”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.