Qara Zirə Və onun Yağı ilə Müalicə üzrə Tövsiyyələr - 8 (SON)

25 Ağustos 2014
63 301
0
Qara Zirə Və onun Yağı ilə Müalicə üzrə Tövsiyyələr - 8 (SON)
Qara Zirə Və onun Yağı ilə Müalicə üzrə Tövsiyyələr - 8 (SON)


76. DƏRİDƏ ƏMƏLƏ GƏLƏN ŞİŞ VƏ BAŞQA TÖRƏMƏLƏRƏ QARŞI:
Səhər və axşamlar 1 çay qaşığı qara zirə yağı qəbul etmək və gündə 3 dəfə ağrıyan yeri masaj etmək.

77. QARACİYƏRİN MÜXTƏLİF XƏSTƏLİKLƏRİ:
Bal fincanına yuxarıdakı (76) qara zirə yağı dozasına 1 xörək qaşığı döyülmüş palıd qabığı qatmaq və bunu ac qarına hər gün fasiləsiz 1 ay ərzində qəbul etmək.

78. YÜKSƏK HƏRARƏT:
1 stəkan çaya və ya nanə şirəsinə 7 damcı qara zirə yağı qatmaq və gündə 3 dəfə xörəkdən sonra həftə ərzində içmək. Yatmazdan əvvəl bədəni qara zirə yağı ilə ovmaq.

79. İMMUN SABİTLİYİNİN SAXLANMASI: Hər gün 1 çay qaşığı qara zirəni 3 ay ərzində qəbul etmək.

80. CİNSİ ZƏİFLİK:
Qara zirə yağı ilə kürəklərin əsasını (aşağı hissəsini) ovub masaj etmək. Qasığı da onunla ovmaq. 0,5 stəkan suda 1 qaşıq bal 1 çay qaşığı qara zirə və 1 çay qaşığı çobanyastığını qarışdırıb istənilən vaxt içmək.

81. QANDA XOLESTERİNİN AZALMASI:
Qaynadılmış nanəyə 7 damcı qara zirə yağı qatmaq və balla şirinləşdirmək. Gündə 1 dəfə ac qarına isti-isti içmək. Eyni vaxtda yağlı dana əti yemək qətiyyən olmaz.

82. DƏMROV: Bədənin dəmrov düşmüş nahiyəsinə gündə 3 dəfə qara zirə yağı çəkmək.

83. KEÇƏLLİK: (Eyni ilə 82 kimi)

84. EKZEMA: (Eyni ilə 82 kimi)

85. ÜRƏK KLAPANLARININ DARALMASI:
1 çay qaşığı qara zirəni 1 xörək qaşığı balla qarışdırıb bərk isti çayla ac qarına və yuxudan öncə içmək arzuolunandır.

86. ZƏDƏLƏNMƏLƏR:
1 çay qaşığı qara zirəni balla qarışdırıb isti çayla ac qarına və yatmazdan əvvəl içmək, sonra isə xəstə yerə üç dəfə qara zirə yağı sürtmək.

87. QULAQ TUTULDUQDA:
Qulağınıza qara zirə yağında isladılmış pambıq yumruları qoyun və 1 saat ərzində saxlayın. Nəticəsini çox gözləməyəcəksiniz.

88. ZÖKƏM:
Təmiz qara zirə yağına batırılmış pambığı 15-20 dəqiqəliyə burnunuza salın. O saat yüngülləşmə hiss olunacaq. Bərk soyuqdəymələrdə bu əməliyyatı təkrar edin.

89. İŞTAHSIZLIQ:
Yeməyə bir müddət qalmış 1 çay qaşığı qara zirə toxumunu səylə çeynəyin və sonra bir neçə damcı alma sirkəsi qatılmış su ilə ağzınızdakını udun.

90. SÜSTLÜK:
Qara zirə yağının 10 damcısını 1 stəkan portağal şirəsinə qarışdırın və alınmış içkini 10 gün ərzində yuxudan durandan sonra qəbul edin. Sübh namazından sonra yatmamağa çalışın.

91. BAŞ BEYİN DAMARLARI SKLEROZU: Gündə 2-3 dəfə 1,5 çay qaşığı qara zirə yağı daxilə qəbul edin.

Yuxarıda göstərdiyim xəstəliklər və onları müalicə etməkdə istifadə olunan sahələrdən başqa Azərbaycan təbabətində qara zirə mühüm farmakoloji əhəmiyyət kəsb edir. Uzun illərdir ki, bu bitkidən ölkəmizin əczaxanalarında müxtəlif xəstəliklərə qarşı hazırlanan dərman və məlhəmlərdə qara zirədən vacib komponentlərdən biri kimi geniş istifadə edilir. Aşağıda görəcəyiniz kimi, qara zirə əczaçılarımız tərəfindən rəsmi qaydada istifadə olunmaqdadır. Məsələn, ürək xəstəliklərində, öd yolları xəstəliklərində və öd kisəsinin daş bağlaması xəstəliyində, böyrək və sidik yolları xəstəliklərində, mədə-bağırsaq xəstəliklərində, bağırsağın atoniyası ilə əlaqədar olan qəbizliklərdə, mədə xorasında, qarın ağrısında ishala və dizenteriyaya qarşı dərman preparatlarının bir çoxlarının tərkibinə qara zirə əlavə edilir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizin farmakoloqları, əczaçı alimləri bu qiymətli və tayı-bərabəri olmayan Peyğəmbər bitkisinin misilsiz müalicəvi xassələrindən kifayət qədər istifadə etmir, bütün dünyada qara zirə üzərində dərin tədqiqatlar aparıldığı halda, bizdə belə elmi araşdırmalar aparılmasından heç yerdə aydın bir məlumat yoxdur. Bir çox təhlükəli xəstəlikləri müalicə edə bilən əhəmiyyətli bir əlac vasitəsinə kifayət qədər laqeydliklə yanaşılır. Əlimdə olan “Azərbaycanın meyvə və tərəvəz bitkilərinin müalicə əhəmiyyəti” adlı kitabda göstərilən xəstəliklərin böyük əksəriyyətini qara zirə və onun yağı ilə müalicə etmək olardı ki, bu insanlarımıza daha faydalı və daha ucuz başa gələrdi. Adıçəkilən kitabda göstərilmiş ağız nahiyəsi, boğaz və diş ətində əmələ gələn iltihab, babasil xəstəliyi, sinir sisteminin tonusunun artırılması, orqanizmin ümumi fəallığının artırılması, şəkər xəstəliyi, qadın xəstəlikləri, ateroskleroz, bronxial astma, dəri xəstəliklərində, baş tükünün tökülməsində və s. xəstəliklərdə rəsmi və qeyri-rəsmi tibb ocaqlarımızda şəfalı qara zirədən demək olar ki, heç istifadə etmirlər və ya onun haqqında, bəlkə də məlumatsızdırlar. Bu gün bu misilsiz dərəcədə şəfa mənbəyi olan bu bitkini iman sahibi olan qardaş və bacılarımız Uca Allah xatirinə fərdi təşəbbüsləri sayəsində vətəndaşlarımıza çatdırmağa səy göstərirlər, halbuki ölkəmizdə böyük sayda həkimlər və əczaçılar korpusu formalaşmışdır.

Möhtərəm qardaş və bacılar! Ölkəmizin həkimləri və farmakoloqları! Sizə müraciət edir, sizdən qara zirəyə diqqət yetirməyinizi, Allahın Elçisi Muhəmməd Peyğəmbərin (s.ə.s.) onun haqqında dediyi: “Bu qara toxumda, ölümdən başqa hər dərdə çarə vardır” tövsiyəsini nəzərə alın və ona lazım olduğu qiymətini verin! Allah köməyiniz olsun! Amin!



Redaktə etdi: .::CuPPuLu::.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.