Sual-Cavab{4}

22 Ağustos 2014
3 542
0
Sual-Cavab{4}
Sual-Cavab{4}


Sual:
Namaza yeni başladığım halda davam etdirə bilmirəm. Necə edim?

bacarmiram ALLAH haqqi bacarmiram vallah bacarmiram her sey ustume gelir,sanki namaz qilandan her sey ters gedir ele hey dusunurem ki,dersim qalacaq dersim qalacaq kaw hec bawlamazdim bilirem gunahdi cox boyuk gunahdir,bunu yazmaqim bele gunahdir bilmirem ne edim hec kim meni bawa duwmur hec kim etrafimda namaz qilan yoxdur abituryent olanlardan qorxuram hem de cox hem de bacarmiram elimden gelmir konulsuzcesine olur bacarmiram bunu yazanda bele aglayiram ALLAH seytana lenet elesin,men ozum ona buna diyirdimki namaza bawla namaza bawla indi noldu he indi noldu??ozum namazi terk etmek isteyirem artiq bacarmiram ureyim sixilir,men pis insanam ALLAH mene el verib,qol verib,goz verib,ana ata verib,bawimi salamaga ev verib,yemeye bu qeder nemet verib,amma men bunun qarwiliqinda 15-30 deqiqemi ayirmiram, men cox pis insanam ALLAH kecsin gunahimdan:(((((
Cavab:
Salam aleykum və rahmətullah.
Siz namazın önəmli olmayan xırda təfərrüatlarına çox yönəldiniz, onlar haqda çoxlu suallar verib, zahirdə ilişib qaldınız.Ruhunuz da belə məsələlərdən sıxıldı və qılmaq istəmədi. Bu təbii bir nəticədir.
Sizi dərsiniz haqda qorxudan şeytandır. Abdestlə birlikdə bir saatınızı sərf edəcəyiniz namazın vaxtınızı alıb dərslərinizə əngəl olacağını sizə təlqin edib vəsvəsə verir. Bu vəsvəsələr bizlərdə də olub və bəzən yenə olmaqdadır. Nə dünyamız nə də axirətimiz üçün bir faydası olmayan şeylərə rahatca vaxtımızı sərf elətdirən o aldadıcı, hiyləgər şeytan, birtəhər o lazımsız şeylərdən qurtulub namaza gəldiyimiz vaxt bizə dərslərimiz adıyıla vəsvəsə verib iki dünya səadətimiz olan ibadətimizdən uzaqlaşdırmağa çalışır.
Amma gəl ki, televizora baxarkən, artıqlaması ilə yatarkən, yemək yeyərkən və digər dünya işlərində heç bizə o sinsi şeytan vəsvəsə verib təsədirirmi, heç deyirmi, “ az otu bu televizorun, kompyuterin qabağında, get dərslərivi oxu”, deməz. Çünki onun məqsədi bizləri iki tərəfdə də (dünya və axirət) itirənlərdən, ziyana uğrayanlardan, peşman olanlardan etməkdir. Şeytanın işi onsuz da budur. Görürsünüzmü şeytan ona verilən vəzifəni necə canla-başla yerinə yetiri? Bəs bizlər öz vəzifələrimizi necə yerinə yetiririk ?
Abituriyentliyə gəlincə, əslində buna mane olan namazsızlıqdır. Çünki namaz qılan insanın həyatı düzənə, bir proqrama girər. Beləki namaz qılan bir mü`min məcburən səhər durar. Amma namazsız birisini səhər durmağa vadar edəcək bir səbəb yoxdur, olsa da bu səbəb namaz kimi önəmli olmadığından əksər hallarda yatıb qalar.
Bir misal verəcəm: tanıdığım birisi var ki, 11-ci sinifin noyabr ayında namaza başladı və qəbulda 662 bal yığaraq "Qafqaz" Universitetinin "Mexanika mühəndisliyi" ixtisasına qəbul olundu. Bu misalların sayını artırmaq olar. Deməli “Namaz imkan yox İman məsələsidir.”
Sizin sözünüzə qüvvət olaraq :
"Allah, ondan istədiyiniz hər şeydən sizə verdi. Allah'ın nemətlərini saymağa qalxsanız, onları sayıb qurtara bilməzsiniz. İnsan həqiqətən çox zalım və nankordur. " (İbrahim, 14/34).
De: "Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!" (Mülk, 67/23).

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.