Uşağa hansı adları qoymaq məsləhətdir?

25 Ağustos 2014
4 663
0
Uşağa hansı adları qoymaq məsləhətdir?
Uşağa hansı adları qoymaq məsləhətdir?



İslam dininə görə, Allahın gözəl adlarının (əsmaül-hüsna) əvvəlinə “əbd” kəlməsini artırmaqla yaranan adları uşağa vermək məsləhət bilinir (məsələn, Abdullah, Əbdürrəhman, Əbdürrəhim, Əbdülkərim, Əbdüləzim və s). “Allah” və “Rəhman” adlarını çıxmaqla, Allahın qalan adlarını “əbd”siz də qoymaq olar. Peyğəmbərin bəzi hədislərində Abdullah və Əbdürrəhman adları ən gözəl adlar kimi xatırlanıb (Təbərsi. Məkarimül-əxlaq, I, 421). Peyğəmbər buyurub: “O evdə ki, Mühəmməd, Əhməd, Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Abdullah və Fatimə adını daşıyan adam var, oraya kasıblıq yaxın düşməz” (Küleyni. Əl-Kafi, VI, 19).

Oğlan uşağına Mühəmməd adının verilməsinin savabı həddən artıqdır. Hətta Peyğəmbər buyurub ki, dörd (bəzi hədislərə görə üç) oğlundan birinə Mühəmməd adını verməyən ata mənim ruhuma zülm edir. Qız uşaqlarının adına gəlincə, ən çox bəyənilən və tövsiyə edilən qız adları bunlardır: Fatimə, Xədicə, Məsumə, Zeynəb, Ümmi-Külsum, Rüqəyyə, Səkinə və s.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.