Namazın tibbi cəhətdən insan orqanizminə faydası

13 Ocak 2015
2 323
0
Namazın tibbi cəhətdən insan orqanizminə faydası
Namazın tibbi cəhətdən insan orqanizminə faydası

İslamın hökmlərinə görə həddi-büluğa çatmış hər bir müsəlman ömrünün sonuna qədər namaz qılmalıdır. Şübhəsiz namaz qılarkən bir çox ruhi faydalarla yanaşı, cismani faydalar da əldə etmək mümkündür. Bu faydalardan bir neçəsi bunlardır:
Dəstəmaz və ya qüsl vasitəsilə:

1.Orqanizmdə toplanan elektronlar kənarlaşdırılır və onun verdiyi gərginlik yox edilir.
2.Ümumi qan dövranında olan qüsurlar aradan qaldırılır və “qocalma” prosesi yavaşıyır.
3.Orqanizmin mühafizə sisteminin əsasını təşkil edən limfa dövranı ən yüksək səviyyədə fəaliyyət göstərir.
İndi isə bunları bir-bir nəzərdən keçirək.

Statik elektrik balansı
Sağlam orqanizmin əsas quruluşu statik elektrik balansı ilə sıx bağlıdır. Havadakı elektrikdən plastik geyimlərə və mebellərə qədər bir çox amillər orqanizmdəki statik elektrik balansını pozaraq cidd problemlərə yol açır. Avtomobildən düşəndə və ya kreslodan qalxanda bir növ canlı kondensator kimi artıq elektronlarla yüklənirsiniz. Bu hallar sizdə əsəbilikdən tutmuş üzünüzün qırışmasına qədər bir çox narahatlıqlara və bunlarla yanaşı bir çox psixomatik xəstəliklərə səbəb olur. Bu qeyd etdiklərimizin yeganə çarəsi isə dəstəmaz və qüsldür. Bu yolla artıq elektronlardan xilas olan bir çox insanın uşaq üzü kimi təzə və nurlu simaya malik olduğunu bu gün heç kim inkar edə bilmir. Su olmayanda torpaqla alınan təyəmmüm də dəstəmazın sağlamlıq baxımından verdiyi faydanı təmin etmək üçün kifayətdir. Bu gün dəstəmazın möcüzəvi cəhətlərindən xəbərsiz olanlar orqanizmlərindəki elektrostatik tarazlıq pozuntularını aradan qaldırmaq üçün bədənlərinin apopunktura üsülu ilə dəlik deşik edirlər.

Böyük qan dövranı.
Qan dövranı ürəkdən toxumalara, toxumalardan da ürəyə doğru olmaqla ikitərəfli bir axın sistemidir. Bu axın əsasən toxumalarda tükdən nazik damarlar vasitəsilə hərəkət edir. Bu nazik damar sistemi öz daxili hissəsində həzm edilməyən qida artıqları ucbatından və digər müxtəlif səbəblər üzündən daralır və toxumalar qidalana bilmir. Halbuki sağlam bir orqanizmdə həmin damarlar rezin kimi elastik olmalı və daralmamalıdır.

Bəs dəstəmaz bunu necə təmin edəcək?
Dəstəmaz və ya qüsl aldığımız zaman dərimizə dəyən müxtəlif hərarətdəki su kapilyarların bir dalğalanma nəticəsində açılıb-bağlanmasını, əgər varsa, tıxanmağa başlayan damarların açılmasını təmin edir. Orqanizmin toxumalarında toplanan artıq maddələr əsas qan dövranına keçir və beləliklə də toxumalardakı gümrahlıq orqanizmə sirayət edir. Artıq maddə toplanması prosesi orqanizmin ən çox əl, ayaq və üz nahiyyəsindəki qan dövranlarında baş verir. Məlum olduğu kimi, dəstəmazda əllə toxunulan əsas yerlər də elə bu nahiyələrdir.

Limfa dövranı.
İnsan orqanizminin əsas mühafizə sistemi ağ qan (leykositlər) dövranı nəticəsində mövcuddur. Bu dövranda əsas rol oynayan kapilyarlar limfosit adlı ağ qan hüceyrələrini toxumaların ən son nöqtələrinə qədər daşıyır. Əgər orqanizmin hər hansı bir yerində mikrob, yad maddə və ya xüsusən də xərçəng hüceyrəsi varsa, bu “kiçik döyüşçülər” daşıdıqları güclü zəhərlərlə onları məhv edirlər. Xərçəng xəstəliyinə və ya mikroblu xəstəliklərə tutulmaq həmin müdafiə sisteminin müəyyən bir yerdə zəifləməsinə işarədir.
Çoxistiqamətli və qarışıq sistem olan limfa dövranında kapilyarların yaxşı fəaliyyət göstərməsi əsas şərtlərdən biridir. Dəstəmaz və qüsl bu mənada ağlasığmaz bir nemət deməkdir.
Dəstəmaz zamanı əllərin yuyulması və ayaqların məsh ediləsi orqanizmin mərkəzindən uzaqda yerləşən bu nöqtələrdəki kapilyarların dövretmə sürətini artırır. Həm də limfa sisteminin ən mühüm zonaları olan üz, boğaz boğaz və burunun yuyulması bu sistemə bir masaj təsiri göstərib onu qüvvətləndirir.

Namazın gözə təsiri.
Göz bullurunun yığılmadan görə bildiyi, beləliklə da rahat olub dincəldiyi məsafə təxminən 1,5 metrdir. Bu məsafə isə namaz qılan insanın səcdə etdiyi yerə qədər olan məsafəyə bərabərdir. Məlum olduğu kimi, namaz qılarkən səcdə edilən yerə baxılır və beləliklə, insan özü də bilmədən onun gözünün bullurları dincəlir. Həmçinin namaz qılanların gözləri, namazda müntəzəm olaraq əyilib-qalxmanın nəticəsində daha qüvvətli qan dövranına malik olurlar. Buna görə də belə insanlarda gözdaxili təzyiq artmır və gözün ön hissəsindəki mayenin tez-tez dəyişməsi təmin edilir. Namaz qılanların gözlərində “katarakt” və “qara su” kimi göz xəstəliklərinə də daha az rast gəlinir.

Oyanqlar.
Orqanizmin ən çox fəaliyyət göstərən yerləri oynaqlardır. Namaz qılmaqla oynaqların sərtləşməsinin qarşısı alınır, onlar sağlam və mütəhərrik olur. Namaz hərəkətlərindən başqa heç bir hərəkət orqanizm üçün bu qədər faydalı ola bilməz. Həm də namazın ibadət intizamı əsasında davam etdirilməsi oynaqlardakı bu rahatlığı bütün ömür boyu saxlayır.

Ürək.
Ürəyin fəaliyyətində və onun duyğu sistemləri ilə əlaqəsində elektromaqnetik oxlar olduqca əhəmiyyətlidir. Namaz hərəkətləri zamanı bu oxlar ən ideal xətlər üzrə düzülür. Əsasən sağlam insanların gündəlik elektromaqnetik təsirlər nəticəsində döş nahiyəsində hiss etdikləri ağrılara namaz qılanlarda demək olar ki, əsla rast gəlinmir. Günün bəzi vaxtları var ki, həmin vaxtlarda bədən hərəkətlərini icra etmək çox mühimdir. Odur ki, namaz anı qan dövranını təzələmək, optimallaşdırmaq və tənəffüs sistemini canlandırmaq üçün ən uyğun vaxtdır.

Namazın ruhumuza təsiri.
Gün ərzində bircə saatlığa da olsa dünyanın dərd-sərindən xilas olub namaz vasitəsilə rahat nəfəs alırıq. Namazımızı davam etdirsək bir çox günahlardan uzaqlaşıb nəfsdən və buna bağlı olan stresslərdən xilas olarıq. Namaz qılanlarda istər-istəməz təvəkkül hissi inkişaf edir, beləliklə də ruhi xəstəliklərin yaranmasında mühüm rol oynayan vəsvəsələr (şübhələr) aradan qaldırılır.

Daxili orqanlar.
Namazda icra edilən izotermik hərəkətlərin faydaları həqiqətən danılmazdır. Belə ki, bu izotermik hərəkətlər nəticəsində mədədəki qidalar yaxşı qarışır və həzm asanlaşır. Başqa bir məsələ isə öd turşusunun asan axmasıdır. Bu hərəkətlər nəticəsində öd turşusu daha asan axar, həzm prosesi asanlaşar və öd kisəsində tez-tez boşalma baş verdiyinə görə tıxanma görülmür. Pankreasdakı enzimlərin boşalması asanlaşar. Başqa bir məsələ isə qəbzliklə bağlıdır. Namaz qılanlarda qəbzlik halları çox az rast gəlinir və ya heç müşahidə edilmir. Qəbzlik olsa belə namaz hərəkətləri həmin rahatsızlığı tez bir zamanda aradan qaldırır. Böyrəyin və sidik yollarının çalxalanması sayəsində böyrəkdə daş əmələ gəlməsinin qarşısı alınır.

Yuxu.
Yuxunu tənzim edən önəmli ünsür namazdır. Hətta vücudda toplanan sabit elektriklənmə, səcdə etməklə tənzimlənmiş olur. Beləcə vücud elektriki normal vəziyyətinə qovuşur.

Beyin.
Gündə başını bir necə dəfə yerə qoyan insanın beyninə ritmik olaraq çoxlu miqdarda qan çatır. Beləcə, beyin hüceyrələri yaxşıca bəsləndiyi üçün yaddaş və əqli pozulmalara namaz qılanlarda daha az rast gəlinir. Namaz qılanlar daha sakit, səbrli və güclü hafizə sahibi olurlar. Bu insanlar daha sağlam bir ömür sürürlər. Bunun görə də namaz qılanlar tibbdə “demans senil” kimi tanınan beyin və psixoloji durğunluq xəstəliyinə tutulurlar. 5-Gündə beş vaxt qılınan namazdakı ritmik hərəkətlər, gündəlik həyatda çalışmayan və ya çox az çalışan əzələ və oynaqları çalışdırır, oynaq xəstəliklərinin və əzələ tutulmalarının qarşısını alır.
Namazın bu faydaların qovuşmaq üçün namazımızı vaxtında qılmaq və dinimizin digər hökmlərinə də əlimizdən gəldiyincə əməl etmək lazımdır. Təmizlik, az yemək, yediyimizin halal olmasına diqqət etmək və s. kimi xüsuslara diqqət yetirməliyik.

R.t..Zemichka
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.