Təmizlik imandan gəlir.

15 Ocak 2015
3 259
0
Təmizlik imandan gəlir.
Təmizlik imandan gəlir.


TƏMİZLİK EDƏRKƏN
Səhər oyananda insanın vücudunda meydana gələn dəyişikliklər bir çox hikmət ehtiva edər. Heç istəməməsinə baxmayaraq üzü şişmiş, saçları çirklənmiş, bədənində və ağzında istənməyən qoxular meydana gəlmişdir. Güzgüdə gördüyü şişmiş üzü, dağınıq və baxımsız halı ona nə qədər aciz olduğunu göstərir. Hər insan mütləq səhərlər üzünü yumaq, dişlərini fırçalamaq və baxım etmək məcburiyyətindədir. Bu vəziyyət, Quran əxlaqını mənimsəmiş bir insana özünü digər insanlardan üstün görəcək bir yönünün olmadığını və hər cür əksiklikdən uzaq olanın yalnız Allah olduğunu xatırladır.
Ayrıca səmimi bir şəkildə Allaha yönələn bir insan, istəmədiyi bu narahatlıq verən halını güzgüdə görüncə, gözəl olan şeylərə öz gücü və istəyiylə sahib olmasının mümkün olmadığını çox daha yaxşı anlar.
Görüldüyü kimi Allah qullarını, acizliklərini xatırlamaları və Ona yönəlmələri üçün bəzi əksikliklərlə yaratmışdır. İnsanların bədənlərinin və ətraflarının qısa müddət içində çirklənməsi buna bir nümunədir. Ancaq Allah, bu əksiklikləri aradan qaldırmanın yollarını da insanlara göstərmiş və su, sabun, yuyucu kimi müxtəlif imkan və nemətləri onların xidmətlərinə təqdim etmişdir. Allah, "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən hər çətinlikdən sonra bir asanlıq gələr!" (İnşirah Surəsi, 5-6) ayələriylə bu gerçəyə də işarə etmişdir. Bunu da ifadə etmək lazımdır ki, nemətlərin yaradılışındakı bu sirri fərq etmək və bundan ötəri Allaha şükr etmək, yalnız üstün bir anlama və anlayış qabiliyyətinə sahib olan möminlərə verilmiş bir xüsusiyyətdir.
İstər səhər, istərsə də gün ərzində təmizlik edən bir mömin, Allahın ona verdiyi təmizləyici vəsaitlərə görə şükr edir. Allahın təmizliyi və təmiz insanları sevdiyini bildiyi üçün etdiyi işi bir ibadət olaraq görür və Allahın məmnuniyyətini qazanmağı ümid edər. Rəbbimizin Müddessir Surəsinin 4 və 5. ayələrindəki "Libasını təmizlə! Pis şeylərdən uzaqlaş!" şəklindəki əmrini sevərək yerinə yetirir.
Allah bir ayədə, insanların təmizlənmək və digər ehtiyaclarını ödəmək üçün göydən su endirdiyini belə bildirir:

... Sizi təmizləmək, şeytanın pisliklərini sizdən çıxartmaq, ürəklərinizi doldurmaq və ayaqlarınızın altını möhkəm etmək üçün göydən üstünüzə yağış yağdırırdı. (Ənfal Surəsi, 11)

Su, insan vücudu, əşya və ev təmizliyində lazımlı olan ən əsas maddədir. Suyun adi gözlə görülə bilən çirkləri və görülə bilməyəcək qədər kiçik olan bakteriyaları təmizləmə xüsusiyyətinin yanında insanı rahatlaşdıran bir başqa xüsusiyyəti daha vardır. Su, insanın üzərində yığılan, insana yorğunluq və halsızlıq hissi verən statik elektrikin də bədəndən atılmasını təmin edər. İnsanın, bədənində yaranan statik elektriki açıq bir şəkildə görməsi mümkün deyil. Ancaq bədəndəki bu elektrik bəzən jaket dəyişərkən çıtırtı şəklində bir səslə, bir yerə toxunulduğunda kiçik bir elektrik çarpması ilə, bəzən də saç tellərinin fərqli hərəkətləri ilə varlığını hiss etdirir. İnsan yuyunduğunda isə üzərində yığılan bu statik elektrikdən xilas olur, bu səbəblə də bütün bədənində yüngüllük və rahatlıq hiss edər. Yağışdan sonra havada yaranan sərinlik və fərahlıq da, suyun havadakı statik elektriki təmizləməsindən qaynaqlanır.
Daim təmiz və baxımlı olmaq Allahın bəyəndiyi bir rəftardır. Bu həqiqəti diqqətimizi cənnətdəki insanların fiziki təmizliyinə çəkən bəzi ayələrdə də görmək mümkündür.
Allah Quranda cənnətdə olan insanların "… Sədəf içində gizlənmiş inci kimi gözəl." olduqlarını xəbər verir. (Tur Surəsi, 24) Ayrıca cənnətdə insanlar üçün "tərtəmiz yoldaşlar" olduğu da müxtəlif ayələrdə müjdələnmişdir. (Bəqərə Surəsi, 25; Al-i İmran Surəsi, 15; Nisa Surəsi, 57)


R.T.♛Fidawka♛
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.