Ariflərdən

25 Ağustos 2014
1 523
0
Ariflərdən
Ariflərdən


İmam Musa ibni Cəfərə (ə) təvəssül.

Ustad Nurməhəmmədi buyurur: Nəcəfabad alimlərindən olan Şeyx Məhəmməd Həsən Nasihidən belə eşitdim:.

Nəcəfdə təhsilə məşğul olduğum vaxt üzümdə pis bir çiban çıxdı. Məni çox narahat edirdi. Seyid Əbül-Həsən İsfahaninin yanına gedib bir qədər pul aldım və anamla birlikdə Kazimeynə yola düşdüm. Kazimeyndə mehmanxanada yer tutdum. Yaranı müalicə etdirmək istəyirdim. Amma çox pis bir vaxtda pul qurtardı. Düşdüyüm vəziyyətdən çıxış yolu tapa bilmirdim. İmam Musa ibn Cə'fərin hərəminə gedib halımı danışdım. Ağladım, halım dəyişdi. Mövlanın hərəmindən çıxanda özümü saxlaya bilməyib hönkürürdüm. Camaat başıma toplaşıb bunun səbəbini soruşdu. Kimsəyə bir söz deməyib evə qayıtdım.

Səhəri gün bazardan keçəndə Nəcəf tələbələrindən olan Seyid İsmayıl Musəvi ilə rastlaşdım. Bir kitab mağazasında əyləşmişdi. O birdənbirə mənə pul təklif etdi. Həmin vaxt çox böyük pul sayılan altı-yeddi dinarlıq məbləği mənə verdi. Bu pulla yaranı müalicə etdirib Nəcəfə qayıtdım. Sonra Seyid İsmayılın yanına gedib pulu qaytarmaq istədim. O isə "sənə nə vaxt pul vermişəm?" deyib belə bir iş olmadığını bildirdi. Əhvalatı yadına salmaq istədim. Bildirdi ki, mən Kazimeyndə olmamışam. Bəli, həzrət Musa ibn Cəfərə (ə) təvəssülümün bərəkəti bu oldu.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.