Tövbə etməklə günahlar yuyulur?

25 Ağustos 2014
2 305
0
Tövbə etməklə günahlar yuyulur?
Tövbə etməklə günahlar yuyulur?


"Onun 6 şərti var. Keçmiş günahlara peşmançılıq, günaha qayıtmamaq qərarı, xalqın tapdanmış haqqını qaytarmaq, buraxılmış ibadətlərin qəzasını yerinə yetirmək, bədəndə haramdan yığılmış əti əritmək, bədənə ibadətin əziyyətini daddırmaq...”

İslam təlimlərində böyük günahlardan biri Allahın mərhəmətindən ümidi üzməkdir. Allah-Taala günahlarına görə peşman olmuş insan üçün tövbə qapıları açıb. Həzrət Əli (ə) buyurur: “Günahı tərk etmək tövbədən asandır.” İmamın buyuruğundan aydın olur ki, tövbə bəzilərinin başa düşdüyü kimi dildə “əstəğfirullah” demək deyil. Tövbə insanın bütün vücudu ilə Allaha doğru qayıdışıdır. Günahlarına görə peşman olmuş insan bir daha günaha qayıtmamaq qərarına gəlir. Bununla iş bitirmi? Əgər bir şəxs namaz və oruc kimi ibadətləri yerinə yetirməyibsə gücü həddində onların qəzasını yerinə yetirməlidir. Belə ibadətlər Allahın haqqıdır və Allah istəsə öz haqqını bağışlaya bilər. Amma başqa bir haqq da var. Bu xalqın, cəmiyyətin, yaxınların, himayədə olanların tapdanmış haqqıdır. Qurani-Kərim möminləri “nəsuh” tövbəyə çağırır. Həzrət Əli (ə) buyurur: “Nəsuh tövbə odur ki, günahkar qəlbən peşmandır, dildə tövbə deyir, bir daha günaha qayıtmamaq qərarı çıxarır.

Rəvayətdə nəql olunur ki, həzrət Əli (ə) bir kişinin ardıcıl “əstəğfirullah” dediyini eşitdi. Soruşdu ki, dediyin sözün mənasını bilirsənmi? Həzrət (ə) buyurdu: “İlliyyin” dərəcəsidir. Onun 6 şərti var. Keçmiş günahlara peşmançılıq, günaha qayıtmamaq qərarı, xalqın tapdanmış haqqını qaytarmaq, buraxılmış ibadətlərin qəzasını yerinə yetirmək, bədəndə haramdan yığılmış əti əritmək, bədənə ibadətin əziyyətini daddırmaq...”

Rəvayətlərdə qeyd olunur ki, tövbənin qəbulu üçün həqqun nas, yəni xalqın haqqı qaytarılmalıdır. Allah Öz haqqından keçər, xalqın haqqından keçməz. Haqqı tapdanmış insan razı qalmasa Allah da razı qalmaz. Beləcə, günahını yumamış şəxsin tövbəsi qəbul deyil.

Hədisdə deyilir ki, bir saat zülm Allahın nəzərində 60 il günahdan pisdir. Hədisdə deyilir ki, zülm 3 növdür: Allahın bağışladığı zülm, Allahın bağışlamadığı zülm və Allahın keçmədiyi zülm. Allah insanla Öz arasında olan münasibətdəki zülmü bağışlaya bilər. Allaha şərik qoşmaq bağışlanmayan zülmdür. Amma Allahın keçmədiyi zülm bəndələrinin bir-biri qarşısındakı borclarıdır. Allah bəndənin bəndə qarşısındakı haqqından keçmir
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.