Sarımsaq suyunun bilmədiyiniz faydaları

01 Mart 2015
1 844
0
Sarımsaq suyunun bilmədiyiniz faydaları
Sarımsaq suyunun bilmədiyiniz faydaları


Sarmısaq suyunu hazırlamaq çox sadə və asandır. Bunun üçün sarmısaqdan istifadə etdikdən sonra onun qabıqlarını atmayın.
Bu möcüzəvi suyu hazırlamaq üçün bir stəkan suyu qaynadın. Su qaynadıqdan sonra 2-3 dəqiqə gözləyin ki, su çox da qaynar olmasın. Bundan sonra onun üzərinə bir ovuc ağ sarmısağın qabığını əlavə edin və təxminən 6-8 saat gözləyin. Bu müddətdən sonra sarmısaq suyu hazırdır.
Sarmısaq suyunu gün ərzində 4 stəkan qəbul edin. Kişilər bu suyu istənilən bir ayın 10-dan 20-nə kimi, qadınlar isə 20-dən 30-na kimi qəbul etməlidirlər. Bu suyu isti, hətta ilıq şəkildə içmək qəti yolverilməzdir. Mütləq şəkildə soyuq halda qəbul edilməlidir.

Vaxt məhdudiyyəti olarsa sarmısaq suyunu əvvəlcədən də hazırlaya bilərsiniz. Yəni hər dəfə bir stəkan hazırlayıb 6-8 saat vaxt itirməmək üçün gündəlik normanı hazırlayın. Bunun üçün 4 stəkan su və 4 ovuc sarmısaq qabığından istifadə etməlisiniz.
Sarmısaq suyunun qəbulundan sonra siz orqanizminizdəki müsbət dəyişikliklərin, xüsusilə dərinizin inanılmaz dərəcədə gözəlləşməsinin şahidi olacaqsınız.
Sarmısaq suyunun möcüzəsi bununla bitmir. Növbəti yazılarımızda bu haqda geniş yazı təqdim edəcəyik. Siz də o vaxta qədər istifadə etdiyiniz sarmısağın qabıqlarını yığın ki, təbiətin bu möcüzəsi əlinizin altında olsun.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.