Görmə qabiliyyətini gücləndirən qidalar

04 Mart 2015
883
5
Görmə qabiliyyətini gücləndirən qidalar
Görmə qabiliyyətini gücləndirən qidalar

Aktiv bir yaşam tərzinə malik olmaq, eyni zamanda sağlam və müntəzəm pəhriz saxlamaq sağlam olmağın ən əsas şərtlərindən biridir. Sağlam vücuda sahib olmaq isə möhkəm sümüklər, incə, gözəl bədən və sağlam bir ürək sayəsində mövcud olur. Lakin bunlarla yanaşı, dünyadakı bütün gözəllikləri görməyimizə səbəb olan gözlərimizin də qayğısına qalmalıyıq və onlara sözün həqiqi mənasında "göz bəbəyi” kimi baxmalıyıq.
İnsanlar yaşlandıqca səhhətləri ilə bağlı bir sıra problemlər yaşayırlar. Bu cəhətdən, görmə qabiliyyətinin zəifləməsi ən çox yayılmış xəstəliklərdəndir. Katarakta və ya Mirvari suyu adı ilə tanınan göz xəstəliyi, gözlərin davamlı olaraq sulanması və bir sıra göz xəstəlikləri ilə mübarizə üçün aşağıdakı sadə, amma sağlam qidalardan istifadə etmək önəmlidir.


Yerkökü
Daha yaxşı görmək üçün yerkökündən istifadə ən birinci sırada gəlir və hətta Bugs Bunny də yerkökünün bu möcüzəvi əhəmiyyətininin fərqində olmuşdur. Bu narıncı rəngli tərəvəz daha sağlam görmə qabiliyyətini təmin edən Beta Karoten kimi piqmentlərlə və antioksidantlarla zəngindir. Və heç şübhəsiz ki, hər ikisindən katarakta xəstəliyinin müalicəsində çox geniş istifadə olunur.
Yerkökünün müxtəlif salatlarda və ya hər hansı bir xörəkdə istifadəsi daha məqsədəuyğun hesab olunur, əgər yerkökünün bu şəkildə yeyilməsi sizin üçün çətinlik törədirsə o zaman onu şirə halında qəbul edin.


Bibər
Bibər yüksək görmə qabiliyyətini təmin edən C vitamini ilə zəngindir. Çox mühüm müalicəvi əhəmiyyətə malik olan bu faydalı tərəvəz eyni zamanda gözlərin normal inkişafını təmin edən antioksidantlarla və digər vitaminləri də özündə birləşdirir. Bununla yanaşı, bibəri hər hansı bir saladda, ya da sendviç və ya Bifşteks vasitəsilə də qəbul etmək olar.
Quş əti məhsulları – toyuq, hindquşu və dəvəquşu
Quş əti məhsulları qırmızı ət kimi bilinən quzu, donuz və dana ətinin ən yaxşı əvəzləyicisidir. Dəvəquşu əti bir qədər bərk olsa da, mükəmməl görmə qabiliyyəti üçün əsas elementlər sayılan sink, kalium və bir sıra proteinləri özündə cəmləşdirir. Hindquşu və toyuq əti də ən azı dəvəquşu əti qədər xeyirlidir. Bundan əlavə C və E vitaminləri ilə zəngindir. Bütün bunlar katarakta xəstəliyi və göz sulanmasının ən əsas düşmənləridir.

İspanaq
İspanağın həm ləzzətini, həm də xeyrini ən yaxşı cizgi film qəhrəmanı Popeye bilir. Bu bitki görmə üçün bütün komponentləri, o cümlədən, vitamin C, Beta karoten və müxtəlif mineralları özündə cəmləşdirən çox faydalı bir tərəvəzdir. Bununla yanaşı, ispanağı qızardılmış, qaynadılmış şəkildə, sous formasında ye və saladlarda istifadə oluna bilər.

Balıq əti məhsulları: Qızıl balıq və Sardina
Ümumiyyətlə, balıq məhsulları sağlam həyat tərzi və düzgün qidalanma üçün ən mükəmməl seçimdir. Əlavə olaraq, sardina və qızıl balıq tərkibindəki omega 3 yağları vasitəsilə sağlam şəkildə görməni və maddələr mübadiləsinin tənzimlənməsini təmin edir. Gün ərzində ən azı 3 tikə qızılbalıq və ya sardina yeyin. Fərqi özünüz hiss edəcəksiniz.


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
_ESTRELLA_
reylere gore sag olun
Drea..
bele getse kor qalacame yerkokudende biberdende ispanaqdanda zehlem gedir
lenkeranka
faydali melumata gore tewekkurler
Dear..
Bibəri xoşlayıram52təşəkkürlər
ASK YENİDEN
ilk serh menden bele faydali xebere gore tesekkurler

ƏN SON XƏBƏRLƏR

HAMISI
Tarixdə Bu Gün - 15 Dekabr
09:00
0

Tarixdə Bu Gün - 15 Dekabr

2020-ci il ən çox kimləri SEVİNDİRƏCƏK? - Ağ Siçan ilinin bürclər üzrə PROQNOZU
21:30
817

2020-ci il ən çox kimləri SEVİNDİRƏCƏK? - Ağ Siçan ilinin bürclər üzrə PROQNOZU

Payız Xəzanı Yazılı Şəkilləri 2020 (3)
21:00
548

Payız Xəzanı Yazılı Şəkilləri 2020 (3)

15.12.2019 Gündəlik Bürclər (15 Dekabr 2019)
20:00
1 946

15.12.2019 Gündəlik Bürclər (15 Dekabr 2019)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (349)
19:00
631

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (349)

2020 Yeni il Şəkilləri (14)
18:30
304

2020 Yeni il Şəkilləri (14)

Sevgi Testi – Psixoloji Test
18:00
396

Sevgi Testi – Psixoloji Test

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (349)
17:00
490

Qəlbim Sahibsiz Ada Yazılı Şəkilləri 2020 (349)

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
203

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ