Hətta bir kilo da təhlükədir

14 Eylül 2014
1 432
0
Hətta bir kilo da təhlükədir

Hətta bir kilo da təhlükədir
Heç kimə sirr deyil ki, orqanizmdə artıq çəki ciddi xəstəliklərə səbəb olur. Artıq çəki ürəyin işemik xəstəliklərinə, diabet, hipertoniya, xərçəng, insult, apnoe yuxusu, tənəffüsün problemləri kimi xəstəliklərə səbəb olur. Ancaq hətta ən cüzi (1-2 kq) çəki artımının da orqanizminə necə təsir göstərdiyini bilən azdır.

Amerika Kardioloji Assosiasiyasının tədqiqatçıları qrupu müəyyən edib ki, hətta sağlam cavanların çəkisində də 2 kiloqram artım olduqda qan təzyiqi artır.

Alimlər 8 həftə ərzində 18-48 yaş arasında olan insanlar arasında olan könüllüləri müşahidə ediblər. Tədqiqatın əvvəlində onların qan təzyiqləri yoxlanılıb. Bundan sonra könüllülərdən 16 nəfər adət etdiklərindən 400-1200 kalori artıq qida qəbul eləyiblər ki, çəkiləri 5% artsın. Sonra onların qan təzyiqlərini yenidən yoxlayıblar və normal çəkiləri olan 10 nəfərlə müqayisə ediblər.

Tədqiqat dövründə çəki alan könüllülərin qan təzyiqləri artıb. Qarın nahiyələrində piylənmə müşahidə olunan könüllülərdə qan təzyiqi daha da gözəçarpan olub. Belə çəki artımı qanda xolesterinin, insulinin və şəkərin miqdarına təsir göstərməyib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.