Quru saçlar üçün 10 çox faydalı məsləhət

27 Ağustos 2015
1 920
1
Quru saçlar üçün 10 çox faydalı məsləhət
Quru saçlar üçün 10 çox faydalı məsləhət


Quru saçlar üçün 10 çox faydalı məsləhətNəmləndiricidən istifadə edinQuru saçlar üçün 10 çox faydalı məsləhət

Saç balzamlarının çoxunun üzərində nəmləndirici xüsusiyyəti olduğu yazılsa da, belə məhsullar çox vaxt saçları nəmləndirmir, sadəcə, yumşaldır. Elə bu səbəbdən də təbii vasitələrdən istifadə etməyiniz daha məsləhətdir. Məsələn, arqan yağı, təbii zeytun yağı, qliserin kimi vasitələr saçlarınızı yumşaldıb elektriklənməsinin və qırılmasının qarşısını alacaq.

Quru saçlar üçün 10 çox faydalı məsləhətSaç pəhriziQuru saçlar üçün 10 çox faydalı məsləhət

Yedikləriniz saçlarınıza da öz təsirini göstərir. Avokado, qızıl balıq və zeytun yağı kimi qidalar saçlarınızın daha sağlam görünməsini təmin edir. Ona görə də, tərkibində doymamış yağlar olan qidalar yeyin.

Quru saçlar üçün 10 çox faydalı məsləhətKokos yağıQuru saçlar üçün 10 çox faydalı məsləhət

Quru saçların ən yaxşı dostu kokos yağıdır. Saçlarınızı yuyub dəsmalla qurulayın. Bir neçə damcı kokos yağını ovcunuzda isidib yaş saçlara çəkin. Bir müddət gözləyib saçınızı durulayın. Saç fenindən istifadə etməyin, qoyun saçlarınız təbii halda qurusun.

Quru saçlar üçün 10 çox faydalı məsləhətİpək yastıq üzüQuru saçlar üçün 10 çox faydalı məsləhət

Yastıq üzü alarkən onun ipək parçadan olmasına fikir verin. Çünki digər parçalardan hazırlanan yastıq üzləri saçların qırılmasına səbəb olur.

Quru saçlar üçün 10 çox faydalı məsləhətKimyəvi boyalardan uzaq durunQuru saçlar üçün 10 çox faydalı məsləhət

Saçınızın rəngini dəyişdirmək istəyəndə təbii tərkibli boyalardan istifadə edin. Rəngi müəyyənləşdirərkən 3 ton açıq və 3 ton tünd çalarlara üstünlük verin. Qarabuğdayıların saçlarını sarıya və ya sarışınların qaraya boyatması yanlışdır. Çünki bu zaman saçlar həddən artıq kimyəvi təsirə məruz qalaraq quruyur, korlanır.

Quru saçlar üçün 10 çox faydalı məsləhətSaç maskasını özünüz hazırlayın!Quru saçlar üçün 10 çox faydalı məsləhət

Hazır aldığınız maskaların tərkibi kimyəvi maddələrlə doludur. Bu maddələr həm saçlarınızı korlayır, həm də sağlamlığınızı təhlükəyə atır. Saç maskasını ev şəraitində özünüz hazırlasanız, daha yaxşı olar.

Quru saçlar üçün 10 çox faydalı məsləhətŞampundan hər gün istifadə etməyin!Quru saçlar üçün 10 çox faydalı məsləhət

Saçlarınızı hər gün yumaq istəməyiniz normaldır. Çünki yay aylarında isti havanın təsiri ilə saçlar tez çirklənir. Ona görə də, ya təbii tərkibli şampunlardan istifadə edin, ya da saçlarınızı 2-3 gündən bir şampunla yuyun. Mütəxəssislərin fikrincə, saç həddən artıq yağlı olmadıqda onu ilıq su ilə yumaq kifayətdir, şampuna ehtiyac yoxdur.

Quru saçlar üçün 10 çox faydalı məsləhətSaç feninin temperaturunu aşağı endirinQuru saçlar üçün 10 çox faydalı məsləhət

Saçlarınızı burmaq və ya düzləşdirmək üçün saç fenlərindən istifadə edirsinizsə, diqqətli olun. Çünki həmin alətlər saçların ən böyük düşmənidir. gər saçınıza forma verməyin başqa üsulunu tapa bilmirsinizsə, heç olmasa, saç fenlərinin temperaturunu aşağı dərəcəyə qoyun. Maksimum hədd 180 dərəcədir.

Quru saçlar üçün 10 çox faydalı məsləhətHava şəraitinə diqqət edin!Quru saçlar üçün 10 çox faydalı məsləhət

Həddən artıq soyuq və ya isti hava saçların qurumasına səbəb olur. Belə günlərdə quru saç tipinə sahib olanlar xüsusi məhsullardan istifadə etməlidirlər. Təbii tərkibli quru yağlar ən yaxşı seçimdir. Ancaq saçları ətraf mühitin təsirindən qoruyan saç spreylərindən də istifadə etmək olar.

Quru saçlar üçün 10 çox faydalı məsləhətQırıqları kəsdirin!Quru saçlar üçün 10 çox faydalı məsləhət

Saçınızdakı qırıqları təmizlədin, hətta mümkündürsə, saçınızın ucundan 5 santimetr kəsdirin. Hər 6-8 həftədən bir saçlardakı qırıqları təmizlətmək saçın həm daha tez uzanmasını, həm də sağlam görünməsini təmin edəcək
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Eylül
    • Eylül
    • 27 Ağustos 2015 17:15
    Bəzilərini bilirdim təşəkkürlər)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.