Heyva

11 Kasım 2015
3 189
1
Heyva
Heyva

Heyva

HEYVA. Müalicə məqsədi ilə meyvələrindən və toxumlarından istifadə edilir. Heyva dəmirlə zəngin olduğu üçün qanazlığında faydalıdır. Heyvada əhəmiyyətli dərəcədə aşı və pektin maddələri olduğundan o çox qədimdən ishal ilə müşahidə olunan mədə – bağırsaq xəstəliklərində istifadə edilmişdir.
Heyvanın müalicəvi əhəmiyyəti İbn-Sinaya çox yaxşı məlum idi. Belə ki, həzm prosesi pozulduqda onu yaxşılaşdırma vasitəsi kimi heyvanı məsləhət görürdü. O, ««Qaraciyər zəifliyində və «Mədəni qüvvətləndirmək» üçün heyva şirəsini, bal və sirkə ilə qəbul etməyi məsləhət görürdü.
Çox ölkələrin xalq təbabətində heyvanın həlimi və mürəbbəsi mədə-bağırsaq xəstəliklərində həzm prosesini yaxşılaşdıran vasitə kimi işlədilir.
Qusma əleyhinə və sidikqovucu vasitə kimi işlədilir. Qaraciyər xəstəliklərində də ondan istifadə edilir. Toxumların həlimi bronxitdə və öskürəkdə faydalıdır. Heyvanın toxumlarının həlimi dərini yumşaldan vasitə kimi (onunla dərini yumaq və silmək üçün) məsləhətdir.
Tənəffüs orqanlarının iltihabında heyvanın toxumlarından alınan həlim yumşaldıcı təsir göstərir. Bunun üçün heyvanın toxumlarından 5:100 nisbətində qaynanmış isti suda tez-tez qarışdırmaqla həlim alınır. Bu həlimi çay kimi içmək olar (istəyəndə bal da qatmaq olar).
Heyva tumunu əzib inək yağına qarışdırıb gündə 3 qaşıq yemək quru öskürəkdə xeyirlidir.
Heyva ağacının təzə pöhrələnmiş yarpaqarını çay kimi dəmləyib 7 gün içmək ürək xəstəliyində faydalıdır. Bu məqsədlə heyva mürəbbəsi də xeyirlidir.


Heyva
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. -Aydan-
    -Heyvanı əvvəllər xoşlamırdım...
    -İndi xoşluyuram..
    -Təşəkkürlər.
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.