Turşunun faydaları

08 Aralık 2015
3 513
0
Turşunun faydaları
Turşunun faydaları

Turşu təbii probiotik qidalardan biridir. Türkiyəli həkim Yavuz Dizdar turşunun sağlamlığa faydalarından danışıb.

Təbii probiotiklər həzm sistemi üçün çox faydalıdır. Probiotiklə ən zəngin qidalar qatıq və kefirdir. Ancaq turşu da bu süd məhsulları qədər faydalı hesab edilir.

Doktor Yavuz Dizdarın sözlərinə görə, xüsusilə də, kələm turşusu sağlamlıq üçün əvəzedilməzdir:

“Turşu, xüsusilə, kələm turşusu probiotiklərə olan ehtiyacı tam qarşılayır. Turşunun bağırsaqlara faydalı olması üçün keyfiyyətli sirkə ilə ev şəraitində hazırlanması vacibdir”.

Həkim bildirir ki, turşu qaydalara uyğun hazırlanmalıdır:

“Turşusu qoyulan bütün tərəvəzlərin üzərində mikroorqanizmlər olur. Turşu hazırlayarkən həmin mikroorqanizmlərin mayalanması üçün uyğun şərait yaratmaq vacibdir. Elə etmək lazımdır ki, orqanizm üçün faydalı olanlar çoxalsın, zərərli mikroorqanizmlər isə ölsün. Bunu duzla həll etmək olar.

Duz tərəvəzi çürüdə biləcək bakteriyaları məhv edir. Turşunu qaya duzu ilə hazırlamaq lazımdır. Onu sirkə və ya limonla hazırlamaq olar. Limon da sirkə ilə eyni işə yarayır. Tək fərq turşunun dadı olacaq”.


Həkim marketlərdə satılan turşuların faydalı olmadığını, hətta sağlamlıq üçün təhlükəli olduğunu vurğulayır:

“Marketlərdə satılan turşuların çoxunda kimyəvi maddələr olur. Bu turşuların üzərində 2-3 il istifadəyə yararlı olduğu göstərilir, halbuki, turşu 6 ay ərzində yeyilməlidir”.

Turşunun faydaları
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.