Baş ağrısı necə keçər?

28 Eylül 2014
2 171
0
Baş ağrısı necə keçər?
Baş ağrısı necə keçər?

Baş ağrısıyla mübarizə etmək üçün dərhal dərmana əl atmayın. Əvvəl təbii yolları təcrübə edin, keçməzsə, həkimə müraciət edin.
Baş ağrısı bəzən bütün bir gününüzü məhv edə bilər. Bu, yuxusuz, əsəbi, stressli bir gündə, əhvalınızı pozan bir şey olanda baş verə bilər. Sadə baş ağrıları daha çox stress, hava vəziyyəti, təzyiq və qanda oksigenin azalmasından irəli gələr.
Ən çox əsəbi ağrılar da, gərgin mühit və stressdən irəli gələn gərginlik tipli baş ağrıları görünər. Ümumiyyətlə boyundan və ya alın bölgəsindən başlayan ağrı, yuxarı doğru çıxar və bütün başa yayılar.


Baş ağrılarını ciddi qəbul edib həkimə müraciət etmək lazımdır. Çünki baş ağrısı bədəninizdə bir şeylərin əskikliyindən xəbər verən bir işarədir. Bu əskiklik yalnız qısa bir müddət istirahət etmək belə olsa, əhəmiyyət verməlisiniz. Əks halda baş ağrınız xronikiləşə bilər.

Qaranlıq və səssizlik

Stressə söykənən baş ağrısıyla mübarizə aparmağın ilk yolu ağlınıza dərhal bir ağrıkəsici dərman içmək gəlməsin. Çünki ağrının qarşısını almağın təbii yolları var, dərmandan əvvəl. Migrenə söykənən bir ağrı isə yaşadığınız, qaranlıq və səssiz bir otaqda yataraq böhranı aradan qaldırmağı seçin.

Açıq havada gəzmək

Stress və gərginlikdən uzaq bir mühitdə istirahət etməyə çalışın. Olduğunuz yerin havasının təmiz olmağına diqqət edin. Ağrıdan ötəri işığa qarşı həssaslığınız artdısa, qaranlıqda istirahət edin.
Özünüzdə o gücü tapırsınızsa, açıq havada gəzmək də baş ağrısına yaxşı təsir edir.

Masaj

Gicgah hissəini, qaşlarınızın arasından alınınıza doğru və burun dəliklərinin üzərindən başlayaraq göz kənarlarına doğru dərinizi dartaraq masaj edin.

İsti duş

İsti duş, bədəninizdə boşalma hissi yaradar. Duşa girməsəniz, ayaqlarınızı isti su dolu bir qabda saxlayın. sonra su ilıq olana qədər soyuq su əlavə edin. Ayaq duşundan sonra corab geyinin və istirahət etmək üçün yatın. Beyində yüksələn qan axışı ayaqlara köçürülər və baş ağrısı sona çata bilər.

Soyuq kompres

Bir bezi soyuq suyla isladaraq və ya paketə buz qoyaraq başınıza soyuq kompres edin.

Banan, makaron, balıq yağı

qidalanma mütəxəssisləri, banan, makaron və balıq yağının baş ağrısına yaxşı təsir göstərən qidalar olduğunu söyləyir. Həmçinin, acı qəhvəyə bir iki damla limon suyu qarışdıraraq içmək də baş ağrısına yaxşı təsir edir.

Dərman

Ağrıkəsici istifadə etməmişdən əvvəl mütləq həkiminizə məsləhətləşin. Ancaq, hər ağrıda dərman istifadə etməyi vərdiş etsəniz, bir müddət sonra dərman ağrıları yaşamağa başlarsınız. Yəni dərman asılısı olduğunuz üçün dərmanı etmədikdə ağrı başlayar. Bu səbəbdən mümkün olduğunca ağrıkəsicidən uzaq olun.

Tez-tez təkrarlayan və uzun sürən baş ağrısı şikayətiniz varsa, sağlamlıqla əlaqədar hər mövzuda olduğu kimi, bu vəziyyətdə də mütəxəssis həkimə müraciət etmək ən doğrusudur.



Redakta etdi:ALiYeVa
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.