Yemәkdәn sonra Çay içәnlәr mütlәq oxusun!
Çay çox faydalı içkidir. Çay orqanizmin qocalmasını lәngidәn antiokdidantlarla zәngindir. Belә hesab olunur ki, çay güclü xәrçәngәleyhinә tәsirә malikdir. Çay insanı daha gümrah edir, әhvalruhiyyәni yaxşılaşdırır.
Lakin bәzi hallarda çay orqanizmә fayda deyil, ziyan vura bilәr. Ölkәmizdә bir qayda olaraq yemәkdәn sonra süfrәyә çay verilir. Bu çox pis adәtdir. Mәsәlә burasındadır ki, çay büzücü maddәlәr vә taninlә zәngindir. Bu maddәlәr orqanizmә qida ilә daxil olan bәzi maddәlәrin mәnimsәnilmәsi prosesini pozur. Bu xüsusilә zülallara vә orqanizm üçün әn vacib minerallardan birinә olan dәmirә aiddir.
Dәmirlә zәngin olan qidalardan sonra çay içәn insan dәmirin bağırsaqlar tәrәfindәn sovrulmasını pozur. Dәmir hemoqlobinin tәrkibinә daxildir vә orqanizmin bütün hüceyrәlәrinә hәyati vacib oksigenin daşınmasında iştirak edir. Dәmir orqanizmә lazım olandan az miqdarda daxil olunduqda insanda dәmirdefisitli anemiya (qanazlığı) inkişaf edir ki, bu da bir çox pozulmaların inkişafına tәkan verir.
Belәliklә, dәmirlә zәngin olan qidalardan dәrhal sonra çay içәn insan bilmәdәn öz sağlamlığına ziyan vurur.
Hәmçinin qida qәbulundan dәrhal sonra içilәn çay zülalların da mәnimsәnilmәsini pozur. Zülallar orqanzimin bütün hüceyrәlәrinin әsas tikinti materialıdır.
Çaydan fayda almaq istәyirsinizsә, çayı qida qәbulunda 20 dәqiqә әvvәl vә ya 1 saat sonra için.