Diş əskikliyinin 8 zərəri

09 Mayıs 2016
2 390
0
Diş əskikliyinin 8 zərəri
Diş əskikliyinin 8 zərəri

Dişlər orqanizmin sağlamlığında əhəmiyyətli rol oynayır. Hansı ki, həzm prosesində problemlərin olması birbaşa həzm sisteminə və bu zəncirvari olaraq bütün orqanizmə mənfi təsir göstərər. Ona görə də dişlərin sağlamlığına biganə yanaşmaq bir çox xəstəliklərin yaranmasına şərait yaratmaq deməkdir. Ağız, Diş və Çənə Cərrahiyyəsi Mütəxəssisi Dr. Utku dişin əskikliyinin zərərlərini açıqlamışdır. Qadinklubu.com mütəxəssisin diş əskikliyinin yaratdığı zərərlər haqqındakı fikirlərini sizlərlə paylaşır.

– Əskik diş görünüşü əvvəlcə gülüşünüzü pozaraq insanın özgüvəninin azalmasına səbəb olur. Ayrıca dodaq və yanaqların çökməsinə və qırışmasına səbəb olaraq üzdə daha yaşlı və zəif bir görünüş meydana gətirər.

– Əskik diş ətrafındakı dişlərin aşmasına və əyilməsinə gətirib çıxarır ki, bu da çeynəmə funksiyasının azalmasına səbəb olmaqdadır.

– Aşan və ya əyilən dişlərdə təmizlik və baxım çətinləşəcəyi üçün çürük, həssaslıq, diş əti iltihabı səbəbiylə ağrı və digər dişləri itirmə riski də artır.

– Əskik dişlər səbəbiylə alışılmış çeynəmə nizamı də dəyişər. Sağlam bir çeynəmə cüt tərəfli olarkən tək tərəfli çeynəmə ilə çənə oynaqlarında ağrı, səs, kilidlənmələr meydana gələ bilər.

– Əskik diş bölgəsində çeynəmə funksiyası olmadığı üçün çənə sümüyündə rezorpsiyon dediyimiz incəlmə və ərimə meydana gələr.

– Diş əskiklikləri ayrıca digər dişlərin aralarının açılmasına və dişlərin orta xətti ilənizamın pozulmasına və asimmetrik görünüşə yol aça bilər.

– Əskik dişə görə kifayət qədər çeynəlilməyən qidalar, bütün olaraq udulduğunda həzmsizlik, qastrit və xora kimi mədə problemlərinə yol aça bilər.

– Əskik diş səbəbiylə yaxşı həzm edilmədən udulan yeməklər arrıq çəki almaqa səbəb ola bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.