Baş ağrıları zamanı bunları yeyin! - SİYAHI

12 Mayıs 2016
1 782
0
Baş ağrıları zamanı bunları yeyin! - SİYAHI
Baş ağrıları zamanı bunları yeyin! - SİYAHI

FeaT.Az saglamolun.az-a istinadən bildirir ki, atmosfer təzyiqinin, havanın dəyişilməsi hətta tam sağlam insanlarda baş ağrılarına səbəb olur. Baş ağrısı zamanı dərhal dərmanlara əl atmayın.

Bəzi qida məhsulları baş ağrıları zamanı sizə çox yaxşı kömək edə bilər.
Bu qidalar arasında:
1. Kartof
Təəccublənməyin, adi kartof həqiqətən baş ağrısını azaldır. Kartof kalium maddəsi ilə zəngindir. Məhz bu maddə baş ağrıları zamanı kömək edir.
Kartofu bişmiş halda yemək lazımdır.
2. Balqabaq tumları.
Bu tumlar digər baş ağrılarını azaldan mineralla - maqneziumla zəngindir. Bundan əlavə balqabaqda beyinin fəaliyyətini yaxşılaşdıran sink və fosfor mineralları da var.
3. Badam
Badam da maqneziumla zəngindir. Həmçinin badamda B2 vitamini var. Həkimlər bu vitamini miqren zamanı qəbul etməyi tövsiyə edirlər.
4. Küncüt
Kalsium və bir çox digər faydalı maddələrlə zəngin olan küncüt baş ağrıları zamanı yaxşı kömək edir.
5. Yağlı balıq
Omeqa-3 yağlı turşular və D vitamini ilə zəngin olan balıq xroniki baş ağrıları zamanı çox yaxşı kömək edir.
6. Zəncəfil
İltihabəleyhinə və antihistamin təsirlərə malik olan zəncəfil baş ağrılarını azaldır. Əgər siz baş ağrıları və ya miqren tutmasının yaxınlaşmasını hiss edirsinizsə, 1 fincan zəncəfil çayı qəbul edin.
7. Acı istiot (çili)
Kapsaisin alkaloidlə zəngin olan acı istiot baş ağrılarının intensivliyini azaldır.
8. Kofein
Qəhvənin və qara çayın tərkibində olan bu maddə baş ağrılarını azaldır. Bir çox ağrısızlaşdıran dərmanların tərkibində kofein maddəsi olur.
Lakin çoxlu miqdarda qəhvə və çay içən insanlarda kofein əksinə baş ağrılarına gətirib çıxarda bilər.
9. Qarpız
Su, kalium və maqneziumla zəngin olan bu nəhəng giləmeyvə baş ağrıları zamanı yaxşı kömək edir.
10. Adi su
Bir çox hallarda adi susuzlaşma baş ağrısına səbəb olur. Baş ağrısının ilk simptomlarında 1 stəkan təmiz su için.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.