Qarabaşaq yeyərək arıqlamaq mümkündür

19 Mayıs 2016
1 727
0
Qarabaşaq yeyərək arıqlamaq mümkündür
Qarabaşaq yeyərək arıqlamaq mümkündür

İstər pəhriz, istər sağlamlıq baxımından ən çox üstünlük verilən qidalardan biri də qarabaşaqdır. Mart ayının sonu, aprelin əvvəllərində əkilən və sentyabr-oktyabr aylarında yığılan qarabaşaq digər taxıllardan fərqlənir. Ən as fərqi isə strukturundadır. FeaT.Az aile.lent.az-a istinadən qarabaşağın çoxsaylı faydalarından söhbət açacaq.

- Qida dəyəri yüksək olan qarabaşağın tərkibinə zülal, yüksək səviyyədə pəhriz lifi, vitamin (B1, B2 və E vitaminləri) və mineral daxildir.

- B kompleks vitaminləri, mis, E vitamini və fosfor baxımından da zəngindir.

- Dəmir tərkibi də yüksək olduğu üçün qansızlıq əleyhinə istifadə edilə bilər.

- Aşağı qlisemik indeksli karbohidrat qaynağıdır.

- Lif baxımından olduqca zəngindir. Beləcə, qan şəkərini tarazlıqda tutaraq, toxluq müddətini uzadar. Eyni zamanda, bağırsaq sağlamlığına müsbət təsirləri var.

- Pis xolesterol olaraq adlandırılan ASLP-i salıcı təsiri var.

- Yaxşı xolesterol üzərinə də müsbət təsirləri vardır.

- Qan axışını nizamlayır və damar tıxanıqlığını aradan qaldırır. Beləcə, ürək sağlamlığını da qoruyur.

- Sərbəst radikallarla döyüşərək xərçəngə qarşı mübarizə aparır.

- Təməl aminoasitlər və zülalla zəngin quruluşu var.

- Vegeterianlar üçün də istifadəsi uyğundur.

- Qan şəkərini tarazlayıcı təsiriylə şəkər xəstəliyinə yaxşı təsir edir.

- Tərkibindəki kolin sayəsində qaraciyər yağlanmasını azaldaraq qaraciyəri qoruyur.


Qarabaşaq, eyni zamanda, mükəmməl bir maqnezium qaynağıdır. Maqnezium baxımından daha zəngin qidalar yeyənlər az yeyənlərlə müqayisədə 24% daha aşağı şəkər xəstəliyinə tutulma riskinə sahib olurlar.

Arıqlamağa təsiri varmı?

Tək halda heç bir qidanın arıqlamağa təsiri yoxdur. Heç bir qida sehr nəticəsində bədənimizdə möcüzəvi bir təsir yaratmır. Lakin qidalanmamıza dəstək olaraq müsbət təsirlərindən faydalana biləcəyimiz qidalardan biri olan qarabaşaq aclıq hissini öldürür.

Qarabaşağı qaynadılmış formada, şorbaların, salatların, qatığın içərisinə qataraq, qarnir və tərəvəz əlavə edilmiş plov olaraq yemək mümkündür. Bundan başqa, yarma yerinə istifadə edərək, hər zaman süfrəyə qoya bilərsiniz.

Şəfaverici qarışım: qarabaşaq və qatıq

Qarabaşaq və qatıq qarışımı şəfanın ən unikal reseptidir. Qatıq və qarabaşaq qan şəkərini tənzimləyir, bağırsaq və qan damarlarını təmizləyir, maddələr mübadiləsini normallaşdırır, pankreasın fəaliyyətinə kömək edir.
Bir yemək qaşığı qarabaşağı qəhvəüyüdənə atıb un halına gətirin, sonra bir stəkan qatığa qatıb soyuducuya qoyun. Səhərlər yeməkdən yarım saat əvvəl yeyin. 14 gün davam edin.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.