Ayaq və qollarda keyləşmə hansı xəstəliyin əlamətidir?

23 may 2016
1 290
0
Ayaq və qollarda keyləşmə hansı xəstəliyin əlamətidir?

Periferik arteriya xəstəliyi adətən arteriyalarda daralma və tıxanma ilə bağlı olaraq yaranan vaskulyar xəstəlikdir.
Feat.Az saglamolun.az-a istinadən bildirir ki, yaşam keyfiyyətini pozan bu xəstəlik zamanı yeriyərkən və xəstəliyin sonrakı mərhələlərində istirahət edərkən belə ayaqlarda ağrı və sancılar olur. Liv Hospital Ankaranın kardiologiya üzrə mütəxəssisi prof. dr. Erdoğan İlkayın fikrincə, xəstəlik anadangəlmə və ya sonradan yarana bilər. Anadangəlmə olanlar digər bir damara açılması (fistula) və ya balonlaşma (anevrizma) tərzində ola bilər. Xəstəliyin ən önəmli səbəbi aterosklerozdur (damar sərtliyi).
Damar sərtliyi ən önəmli səbəbdir
Periferik arteriya xəstəliyinin ən nəzərəçarpan xüsusiyyətləri arasında ayaq və qollarda keyləşmə, gücdən düşmə, görmə və ya danışma qabiliyyətində müvəqqəti pozğunluq kimi əlamətlər yer alır. Bunlardan başqa insult, yeriyərkən ayaqlarda ağrı, ayaqlarda qapanmayan yaralar, ereksiya (sərtləşmə) çətinliyi, yeməkdən sonra qarın bölgəsində ağrı, əl hərəkətləri ilə yaranan başgicəllənmələri, kürək və qarında ağrılar həkimə getmək üçün kifayət edəcək xəbərdaredici əlamətlərdir. Xəstəliyin ən əsas səbəbi isə xalq arasında damar sərtliyi kimi bilinən aterosklerozdur.
Damar tıxanıqlığı tez-tez şəkər xəstələrində müşahidə edilir
Ayaq damarlarının tıxanıqlıqları dizaltı və dizüstü olaraq təsnifatlandırılır. Son illərdə bu xəstəliyin müalicəsi üçün balon və stendləmə cərrahiyyəsindən daha çox istifadə olunur. Dizaltı damar tıxanıqları xüsusilə şəkər xəstələrində müşahidə olunur. Müalicə prosesi gecikdirilsə, ayaqda qapanmayan yaralar çox zaman həmin bədən üzvünün kəsilməsi ilə nəticələnə bilir. Balonla damarların açılması həm yaraların sağalmasını təmin edir, həm də bədən üzvlərinin itirilməsi riskini azaldır.
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Bi Papatya Yazılı Şəkilləri 2019 (12)
15:00
81

Bi Papatya Yazılı Şəkilləri 2019 (12)

Niyə başqalarının paltarlarını geyə bilməzsiniz?
14:00
98

Niyə başqalarının paltarlarını geyə bilməzsiniz?

Bürclərin Acı İntiqamı - Fotolar
13:00
196

Bürclərin Acı İntiqamı - Fotolar

Yuxu gətirən qidalar
12:00
68

Yuxu gətirən qidalar

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept
11:00
93

Çıtır-çıtır Kartoflu Samsa Resepti - Video Resept

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)
10:00
417

Yaxşı ki Varsan Yazılı Şəkillər 2019 (61)

Tarixdə Bu Gün - 15 Sentyabr
09:00
55

Tarixdə Bu Gün - 15 Sentyabr

Qısqanc Yazılı Şəkilləri 2019 (4)
21:00
999

Qısqanc Yazılı Şəkilləri 2019 (4)

15.09.2019 Gündəlik Bürclər (15 Sentyabr 2019 Günlük Bürclər)
20:00
3 025

15.09.2019 Gündəlik Bürclər (15 Sentyabr 2019 Günlük Bürclər)

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ