Yeməkdən dərhal sonra niyə çay içmək olmaz?

18 Ekim 2016
1 906
0
Yeməkdən dərhal sonra niyə çay içmək olmaz?
Bu vərdişimiz heç də yaxşı nəticələr vermir.

Bizdə belə bir vərdiş formalaşıb: yemək yeyirik,qurtaran kimi dərhal isti çay içirik. Amma bütün tibb elmi hər zaman bildirir ki,yeməkdən dərhal sonra çay içmək olmaz. Ən azı arada 30-40 dəqiqə,daha yaxşı olar ki,1 saat fərq olsun.

Bu ona görə olmaz ki,dəmir qana sovrulmur. Yəni şam və ya naharınızda qırmız ət yemisinizsə,üstündən dərhal içilən qara çay qidanın tərkibindəki dəmiri (Fe) faydasız edir, qana sovrulmasına imkan vermir. Bu sözlər qəhvə üçün də keçərlidir.

Bəzən deyirlər ki, normal qidalanıram, amma qan azlığından əziyyət çəkirəm. Əgər həmin şəxsdə bu vərdiş varsa, o zaman onda anemiya riski yüksəkdir. Yeməyin tərkibindəki dəmiri çay məhv edincə, əlbəttə ki, qanazlığı da baş verəcək.

Bir daha qeyd edək ki, çay yarpaqlarında yüksək miqdarda turşu olduğu üçün qidada olan proteinlərin mənimsənilməsini çətinləşdirir. Vitaminlərin orqanizm üçün faydalılığını azaldır. Təkcə ət yeməkləri deyil, elə tərəvəz, makaron məmulatları yedikdən sonra çay içməyi bir saatlığa təxirə salmağınız daha doğru olar.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.