Portağalın Faydaları

10 Ocak 2017
1 413
0
Portağalın Faydaları
Portağal qabıqlarını atmayın. Onlardan məişətdə çoxlu sayda fayda əldə edə bilərsiniz.
Sizə portağal qabıqlarının 7 gözlənilməz istifadə qaydası haqqında məlumatı təqdim edirik:


1.Hava təmizləyici - Portağal qabıqlarından mənzildə hava təmizləyici kimi istifadə etmək olar. Bunun üçün 3 portağal qabığı, bir neçə hil dənəsi, bir cüt reyhan yarpağı, vanel paketi, döyülmüş mixək və 3 çimdik darçın lazımdır. Qazana su toküb 1 xörək qaşığı sirkə və digər məhsulları əlavə edin. Qaynara düşəndən sonra 5 dəqiqə də qaynadın. Məhlulu bankaya töküb, otağınıza qoyun. İstəsəniz məhlula bir neçə damcı sevimli efir yağlarınızdan da əlavə edə bilərsiniz.

2.Təmizləyici vasitə - Qabıqları bankaya yerləşdirib, üzərinə sirkə tökün və 6-8 gün saxlayın. Sonra mayeni süzgəcdən keçir və mayeni çiləyən (püsgürdən) şüşəyə boşaldın. Çirklənmiş sahələrə püskürdüb yaş əski ilə silin. Həmçinin, göyərti və ət doğradığınız lövhələrin təmizliyi üçün portağal qabıqlarından istifadə edə bilərsiniz. Lövhəni qabıqla silərkən bir qədər duz da əlavə etmək olar.

3.Şam - Bunun üçün portağalın dərisini elə çıxarın ki, onun "quyruqcuğu" zərər görməsin. O fitil kimi xidmət edəcək. Sonra qabığın içərisinə yağ tökün, Sonra fitili yağla yaxşı isladıb yandırın.

4.Dəri ağardıcı - Tərkibindəki C vitamininə görə portağal qabıqları təbii ağardıcı hesab olunur. Sadəcə vanna qəbul edərkən yuyulmuş qabıqları suya atın.

5.Həşaratlar əleyhinə vasitə - Portağalın tərkibindəki maddələr həşaratları hürküdür. Məsələn, piknik zamanı portağal qabıqlarını xırdala və süfrənin ortasına qoyun. Ağcaqanadlar, qarışqalar və milçəklər sizi narahat etməyəcək.

7.Dişlərin təmizlənməsi və ağardılması - Diş pastanızın içərisinə döyülmış qabıqlar əlavə edin, ancaq nanəli diş pastaları istisna olmaqla. Və yaxud dişləriniz təzə portağalın qabığının içəri hissəsi ilə təmizləyin. Bu dişləri möhkəmləndirəcək və dişlərdəki sarı təbəqəni təmizləyəcək. Həm də bu metodun tətbiqi tamamilə təhlükəsizdir və dişlərə heç bir əks təsir göstərmir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.