Bananın Bilmədiyiniz Faydaları

15 Ocak 2017
2 981
0
Bananın Bilmədiyiniz Faydaları
Bananın ən maraqlı faydası insanda xoş əhval yaratmasıdır. Oraqanizmdə serotonin hormonu yaradıcısıdır. Hətta çox yeyilərsə, xoşbəxtlikdən sərxoş olma ehtimalı var.

Həmçinin banan yuxu gətiricidir. Səhər yəmək yeməyənlər(hər gün yox) 1 ədəd banan yeyə bilər. Banan tox tutur, özünü əla almağa, tez düşünə bilmənizə yardımçı olur. Çəki itkisi üçün diet edenlər arada yeyilməsi ideal variantdır.

Bu meyvənin faydalarını sizə təqdim edirik:


Yorğunluğu, süstlüyü, xüsusilə bu səhərlər baş verirsə, banan yeməklə aradan qaldırmaq olar.

Vitaminlərlə zəngin olan banan orqanizmin enerjisini bərpa etmək üçün ən yaxşı vasitələrdən biridir.

Banan mədə-bağırsaq sisteminin, həzm prosesinin fəaliyyətinin yaxşılaşdırır.

Qan təzyiqindən şikayətlənənlər üçün banandan istifadə etmək məsləhətdir. Gün ərzində bir-iki banan yemək bu problemdə sizə yardımçı olacaq.

Tərkibində çoxlu miqdarda B vitamini olan banan sinir sisteminə müsbət təsir göstərir.

Banan həmçinin təbii antioksidantdır.

Banan öz zəngin tərkibinə görə maddələr mübadiləsini yaxşılaşdırır, bədəndəki şlak və mayeni xaric edir, qandakı xolestrolun səviyyəsini aşağı salır.

Bədənin müqavimətini artırmaq, immuniteti gücləndirmək üçün banan olduqca faydalıdır.

Mədəsində yara olan insanlar üçün banan xeyirlidir. Banan mədənin selikli qişasının bərpasına kömək edir.

Müntəzəm olaraq banandan istifadə etməklə yaddaş zəifliyini və yuxusuzluğu aradan qaldırmaq olar.

Dərinin gözəl və təravətli görünməsi üçün banandan kosmetik vasitə kimi də istifadə etmək olar.

Allergiyanın müalicəsində də banan effektli vasitələrdən biridir.

Banan qan azlığı olan insanlar üçün də faydalıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.