Ayaq Qoxusuna qarşı 5 Təbii Üsul

04 Şubat 2017
2 480
0
Ayaq Qoxusuna qarşı 5 Təbii Üsul
Ayaq qoxusu bir çox səbəbə bağlı olaraq meydana gələ bilər. Bunların ən başında gigiyena vəziyyətinə diqqət yetirməmək dayanar.

Dəridə yaranan bakteriyaların birləşməsi nəticəsində ayaqda qoxu meydana gəlir. Bu bakteriyaların meydana gəlməsinə maneə törətmək üçün isə ayaqlarınızı davamlı ventilyasiyanız lazımdır. Bəzən yalnız havalandırmaqda kafi gəlməyə bilər.

Ancaq evdə hazırlayıb istifadə edə biləcəyiniz bir sıra təbii qarışıqlarla bu problemə vida edə bilərsiniz.

Buyurun, sizlərə hər vaxt əlinizin altında saxlaya biləcəyiniz və ayaq qoxusunu aradan qaldırmağa köməkçi olacaq təbii üsullar təqdim edirik:

Qabartma tozu
1 litr suyun içərisinə 1 xğrək qaşığı qabartma tozu əlavə edin. Daha yatmadan əvvəl bu qarışığın içində ayaqlarınızı 20 dəq. saxlayın. Nizamlı olaraq etdikdə ayaq qoxunuzun tamamilə itdiyini görəcəksiniz.

Qara çay
2 stəkan çayı yarım vedrə suya əlavə edin. Ayaqlarınızı hər gün suyun içində 10-15 dəq. saxlayın. 10 gün boyunca eyni əməliyyatı təkrarlayın. Qara çay, ayaq qoxusuna səbəb olan bakteriyaları öldürmədə ən təsirli üsullardan biridir.

Sirkəli su
8 stəkan suyu bir vedrəyə boşaldın. İçərisinə iki xörək qaşığı sirkə əlavə edin. Ayaqlarınızı bu qarışıqda hər gün 20 dəq. saxlayın. Sirkə ayaq qoxusunu aradan qaldırmaqla yanaşı, ayaqlarınızdakı tərləmənin də bir müddət sonra qarşısını alacaq.

Lavanta yağı
1 litr suyun içərisinə bir çay qaşığı lavanta əlavə edin. 2 gün boyunca ayaqlarınızı bu qarışıqla yuyun. Lavanta yağı eyni zamanda ayaqlarınızda yaranan göbələkləri də müalicə etmədə olduqca təsirli bir üsuldur.

Adaçayı
Təbii antibiotik olaraq xarakterizə etdiyimiz bu bitki ayaq baxımında da fayda verir. Ayaqlarınızı qoyacağınız suyun içərisinə bir neçə yarpaq adaçayı əlavə edin. Daha sonra ayaqlarınızı suyun içərisində saxlayın.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.