Yüksək təzyiqdən əziyyət çəkənlər üçün FAYDALI QİDALAR

18 Şubat 2017
1 686
0
Yüksək təzyiqdən əziyyət çəkənlər üçün FAYDALI QİDALAR
Bağırsaqların normal mikroflorası insanın sağlamlığında çox böyük rol oynayır - immuniteti yüksək səviyyədə saxlamağa kömək edir, həzm sistemi xəstəliklərindən qoruyur, xərçəngin qarşısını alır, orqanizmi cavanlaşdırır və s. Yeni araşdırmalardan biri göstərib ki, stress və depressiyadan əziyyət çəkən insanlarda bağırsaqların mikroflorası pozulmuş olur və mikrofloranın normallaşması bu insanların vəziyyətinə çox müsbət təsir edir.

Daha bir müasir araşdırma zamanı aşkar olunub ki, yüksək təzyiqdən əziyyət çəkən insanlarda mikrofloranın yaxşılaşması təzyiqin tənzimlənməsində çox böyük rol oynayır. Bu səbəbdən yüksək təzyiqdən əziyyət çəkirsinizsə, qidalanmanızda daim pro və prebiotiklərlə zəngin olan qidalar olmalıdır. Pro və prebiotiklər bağırsaqların normal mikroflorasını bərpa edir və qoruyur.

Probiotiklərlə zəngin olan qidalar:


- süd məhsulları (xüsusilə kefir, qatıq, kəsmik, yoqurt)
- duzlu kələm ("molokan" kələmi)

Prebiotiklərlə zəngin olan qidalar:

- tərəvəzlər (xüsusilə çuğundur, kök, istənilən kələm növləri, soğan)
- göyərtilər
- meyvələr (xüsusilə alma, banan, gavalı, ərik, əncir)
saglamolun.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.