Uşaqlara və xəstələrə sümük suyu versəniz…

21 Şubat 2017
1 764
0
Uşaqlara və xəstələrə sümük suyu versəniz…
Uşaqlara və xəstələrə sümük suyu qaynadın.

Feat.Az-ın məlumatına görə, sümük suyu Kollagen (zülal) baxımından zəngin olduğu üçün pozulmuş bağırsaqları təkrar nizama sala bilir.

Sümük suyunun digər faydaları aşağıdakılardır:

1. Bağırsaq keçiriciliyini azaldır.


Sümük suyundakı jelatin (zülal) sızıntılı bağırsağı yaxşılaşdırır. Həzm sisteminin selikli qişasına və qidaların yaxşı həzm olunmasına köməkçi olur. Tam parçalanmamış zülalların qana keçməsini əngəlləyir.

2. Sümük formalaşması, böyüməsi və təmirini dəstəkləyir.

Tərkibindəki kalsium, maqnezium və fosfor kimi maddələr bu işi yerinə yetirir.

3. İltihabəleyhinə mübarizə aparır.

Tərkibində iltihabəleyhinə amin turşuları, Glisin və Prolin çox yüksəkdir.

4. Qrip və soyuqdəymə infeksiyaları ilə mübarizə aparır.

5. Oynaq ağrısı və iltihabın qarşısını alır.


Tərkibindəki Qlükozamin, kollagen toxumaların artmasını və böyüməsini təmin edir.

6. Dəri, saç və dırnaq sağlamlığına faydalıdır.

7. Sümük suyunun içərisindəki kollagen və jelatin saçı artırır. Saç tellərini və dərini canlandırır.

8. Təbii, effektiv və ucuz vasitədir.

9. Yuxunu nizama salar və zehini sakitləşdirər.

10. Asan hazırlanır və yeməklərə ləzzət verir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.