Böyrəyində daş var? Piyvə iç düşsün – Doğru yoxsa yalnış?

21 Şubat 2017
1 377
0
Böyrəyində daş var? Piyvə iç düşsün – Doğru yoxsa yalnış?
Böyrək daşı haqqında doğru bilinən yanlışlar nələrdir?

Böyrək daşı yaranmasının qarşısını almaq üçün hər gün bir bardaq süd içməli olduğunuzu bilirdiniz?

Feat.Az böyrək daşı ilə bağlı doğru bilinən yanlışları təqdim edir:

Özü kiçik olsa da, verdiyi ağrı və düşənə qədər yaşatdığı problemlərlə insanların qorxulu yuxusuna çevrilən böyrək daşlarıyla bağlı doğru bilinən yanlışlardan Op.Dr.Doğukan Sökmen bəzi məlumatlar verib:

Yanlış: Böyrək daşları üçün şəfalı sular faydalıdır.

Doğru: Böyrək daşı problemi yaşayan insanların ən böyük səhvlərindən biri həkimə müraciət etmədən şəfalı sulardan istifadə etmələridir. Aparılan tibbi araşdırmalar nəticəsində heç bir suyun sərtlik dərəcəsinin böyrək daşını əritmədiyi və təkrarlanma riskini azaltmadığı sübut olunmuşdur.

Yanlış: Pivə böyrək daşı xəstəliyinə xeyirlidir.

Doğru: Tərkibində olan təsirli maddə səbəbiylə yaxşı bir sidikqovucu olan pivənin böyrək daşlarının düşməsini sürətləndirdiyinə inanılsa da, əslində bu doğru deyildir. Əksinə, pivə tərkibində oksalat olan bir içki olduğu üçün 80 faiz insanlar arasında sıx rastlanan kalsium oksalat daşını əmələ gətirir. Yəni, pivə daş düşürməz, daş əmələ gətirər.

Yanlış: Balıq gözü, balıq daşı, balıq gözünün içindəki daş böyrək daşı xəstəliyinə xeyirlidir.

Doğru: Tibbdə heç bir əsası olmayan bu tərz yanaşmalar sağlıq yerinə böyük problemlər yarada bilər. Tibbən böyrək daşına faydalı olan hər hansı bir balıq və bu balıqların təyin olunmuş hər hansı bir hissəsi yoxdur.

Yanlış: Bitki ekstraktları və bitki qarışımları böyrək daşına xeyirlidir.

Doğru: Bitkisəl müalicələr mütləq mütəxəssis həkimin nəzarəti altında əsas müalicəyə dəstək məqsədilə istifadə oluna bilər.

Ancaq heç bir zaman əsl müalicənin yerinə keçməz. Bilinməyən bitkilərin qarışım və çaylarının dozası nizamlanmadığı üçün əslində nəzarət edə bilmədiyiniz dozlarda dərman qəbul etməyinizə bərabər zərərlərlə qarşılaşmağınız mümkündür. Bədəndəki elektrolit tarazlığını poza bilər və daş yaranmasını artıra bilərsiniz. Bu səbəblə, əks təsirlərini bilmədiyiniz, tanımadığınız bitki və bitki ekstraktlarını qəbul etməyin.

Yanlış: Böyrək daşı zamanı süd və süd məhsulları istifadəsini məhdudlaşdırsanız, daşın təkrarlanma riskini azalda bilərsiniz.

Doğru: Müasir elmi araşdırmalar nəticəsində, kalsiumu məhdudlaşdırmağın əksinə, hər gün süd içməyin daş xəstəliyinin təkrarlanma riskini 33% azaltdığı məlum oldu. Buna görə də, həkiminizin tövsiyəsi olmadan süd və süd məhsullarından istifadəni məhdudlaşdırmayın.
qadinklubu.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.