Epilyasiya etdirirsinizsə, o zaman...

01 mart 2017
1 256
0
Epilyasiya etdirirsinizsə, o zaman...
Epilyasiyadan sonra dərinin qıcıqlanması çox da normal hesab edilmir. Bu qıcıqlanma prosedur zamanı dərinin zədələnməsi səbəbli baş verir. Amma dərinin qıcıqlanması bir-neçə gündən sonra keçib gedir. Epilyasiyadan sonra dəriyə düzgün qulluq edildikdə isə dərinin qıcıqlanması qısa bir müddətdə aradan qalxır. Epilyasiyadan sonra dəriyə vaxtında və düzgün qulluq eləmək, qıcqlanma hissini aradan qaldırmaq sizin narahatçılığınıza son qoyar.

Feat.Az immunitet.az-a istinadən bildirir ki, dəridə epilyasiyadan sonra qıcıqlanmanın olmaması üçün aşağıdakılara əməl etmək lazımdır:
1. Epilyasiyadan sonra dəriyə bakteriyaların düşməsinin qarşısı alınmalıdır.
2. Epilyasiya mumla edilibsə, dəri bitki yağı hopdurulmuş pambıq tamponla silinməlidir.
3. Epilyasiyadan dərhal sonra dəriyə prisıpka sürtmək olmaz. Bu dəridə iltihabi proseslərin baş verməsinə səbəb ola bilər.
4. Epilyasiyadan sonra dəri 70%-li spirt, kolendula, çobanyastığı dəmləməsi ilə silinməlidir. Bunlar edilərsə, dəridə səpgilər, qıcıqlanmalar və iltihabi proseslər baş verməz.
5. Epilyasiyadan sonra ən yaxşı vasitə dərinin 3%-li hidrogen peroksidlə silinməsidir.
6. Epilyasiyadan sonra dərinin qıcıqlanması çox olarasa, o zaman həkimə müraciət etmək və ya məlhəm (solkoseril, aktovegin, boro plyus və s.) sürtmək lazımdır.
7. Dəri qıcıqlanmasının aradan qaldıran ən yaxşı vasitələrdən biri də evkalipt və ya çay ağacı yağıdır. Bu yağlardan bir miqdar isidilib dəridə qıcıqlanma və iltihabi əlamətlər olan nahiyəyə sürtülür.
8. Aloe şirəsi də epilyasiyadan sonra dəri qıcıqlanmalarını aradan qaldıran vasitələrdən biridir.
Şərh Yaz