48 saatlıq yaz pəhrizi ilə artıq çəkidən xilas olun!

01 Nisan 2017
1 277
0
48 saatlıq yaz pəhrizi ilə artıq çəkidən xilas olun!
Bir qayda olaraq artıq çəkidən xilas olmaq üçün böyük səy göstərmək tələb olunur. Lakin çoxları idmanla məşğul olmağa tənbəllik edir.

Feat.A
z bu yazıda intensiv fiziki təlimləri yerinə yetirməyə tənbəllik edənlər üçün 48 saatlıq bədəni təmizləyən pəhriz reseptini təqdim edib.
Pəhrizin əsasını 2 içki təşkil edir. Onları siz özünüz müstəqil hazırlamalısınız. Bu içkilər orqanizmdə yığılıb qalmış zəhəri 48 saat ərzində təmizləyir və maddələr mübadiləsinin sürətləndirilməsi hesabına artıq çəkini azaltmağa kömək edir.

1-ci içkinin resepti
300 ml su
1 xörək qaşığı bal
Yarım çay qaşığı üyüdülmüş zəncəfil
Yarım çay qaşığı darçın
1 xörək qaşığı limon suyu
Nanə zoğları (qurudulmuş və ya təzə)

Hazırlanması:
Fincana zəncəfil, darçını, nanə zoğunu töküb üstünə qaynar su əlavə edin. Qapağını bağlayıb 10 dəqiqə dəm almasını gözləyin. Bundan sonra içkiyə bal və limon şirəsi əlavə edin. Orqanizmi təmizləyən bu suyu yatmazdan əvvəl için.

2-ci içkinin resepti
2 pomidor
4 diş sarımsaq
6 xörək qaşığı limon suyu
500 ml su

Hazırlanması:
Bütün ərzaqları blendrə töküb qarışdırın. Kokteyli səhər acqarına için.
Bu iki gün ərzində hər hansı şirniyyat, un məmulatları, qazlı içkilər, yarımfabrikatlar yemək qəti qadağandır. Qida rasionun əsasını təzə tərəvəzlər və taxıl məhsulları təşkil etməlidir. Yaşıl çayı isə qeyri-məhdud miqdarda içə bilərsiniz. Detoks sayəsində orqanizm bütün toksinlərdən təmizlənəcək, siz isə artıq çəkidən xilas olacaqsınız.
publika.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET