Çox su içmək ziyandır? Mütləq oxuyun

06 Nisan 2017
2 107
0
Çox su içmək ziyandır? Mütləq oxuyun
Feat.Az saytı xəbər verir ki, alimlər çox su içməyin insan orqanizmi üçün ziyanlı olması barədə indiyədək danılmaz həqiqət sayılan təsəvvürlər, sən demə, həqiqət imiş.

Şotlandiyadakı Qlazqo Universitetinin alimlərinin apardıqları araşdırmalar zamanı çox su içməyin insan orqanizmi üçün zərərli olduğu sübut edilib. Araşdırmanın rəhbəri Piter MakKartninin dediyinə görə, insanın suya olan sutkalıq tələbatı minimum 1,2 litrdir.

Çox su içən insanların orqanizmdə duzların və müxtəlif zərərli kimyəvi maddələrin miqdarı artır. Həmin maddələr suyun dezinfeksiya edilməsi zamanı istifadə olunur və su vasitəsilə orqanizmə daxil olur.

Həddən artıq su içmək böyrəkləri də sıradan çıxarmaqla yanaşı, hiponatriemiya adlı nadir xəstəlikdən ölümlə də nəticələnə bilər.

Çoxlu su içməyin iştahı azaltdığı və bu minvalla arıqlamağa kömək etdiyi barədə iddiaların da heç bir əsası yoxdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.