Enerji içkilər ürəyi MƏHV EDİR

09 Nisan 2017
1 715
0
Enerji içkilər ürəyi MƏHV EDİR
"Enerji içkilərinin satışının artması Azərbaycanda sırf korporativ maraqlara xidmət edir”.

Feat.Az bildirir ki, Bunu Sherg.az -a enerji içkilərinin insan orqanizminə vurduğu zərərlərdən danışarkən tibb elmləri doktoru Adil Qeybulla deyib.

O bildirib ki, bu içkilərin satışının hansısa ərzaq və dərman təhlükəsizliyi konsepsiyası üzərindən həyata keçirilməsi müşahidə olunmur: "Bu da təəssüf ki, insanların ziyanına işləyir. Yeri gəldi -gəlmədi dərmanların, müxtəlif vasitələrin reklamları verildiyi kimi enerji içkiləri də bu siyahıya qatılıb. O ki qaldı bu məsələnin hüquqi tərəfinə, bunun həll olunması üçün qanun lazımdır. Bu qanun da təkcə ərzaq və dərman təhlükəsizliyi konsepsiyasının olması ilə bağlıdır. Belə qanun ölkədə yoxdur. Konsepsiya Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsi olmalıdır. Ona görə, hesab edirəm ki, enerji içkilərinin artmasının hüquqi tərəfindən danışmaq üçün ilk növbədə qanunvericilikdə məsələni qaydaya salmalıyıq. Təəssüflər olsun ki, bu, heç kimi maraqlandırmır. Yalnız kütləvi informasiya vasitələrində biz bunun işıqlandırılmasının şahidi oluruq”.

Bu içkilərin tibbi ziyanlarına toxunan A.Qeybullanın sözlərinə görə, enerji içkiləri xüsusilə ürək, qan-damar sistemi üçün təhlükə yaradır: "Həmin bu enerji içkilərinin tərkibində əsasən kofein var. İçkilər kofein tərkibli bitkilərdən hazırlandığından ad fərqli şəkildə verilə bilər. Lakin mahiyyəti yenə kofeindir. Bundan başqa digər qatqılar da burada istifadə olunur ki, onlar da kofeinin "homoloq”larıdır. Həmin maddələr əslində bədənə daxil olarkən güclü şəkildə stimulyasiya yaradır və ürəkdöyünmə baş verir. Ürək əzələsinin belə sürətlə döyünməsi onun energetik ehtiyatlarının tükənməsinə və ürək əzələsinin torbalaşmasına gətirib çıxarır. Bu içkilərin çox qəbul olunması şəraitində ürəyin fəaliyyətində ciddi pozulmaların yaranmasının şahidi ola bilərik”.

Energetik içkilərdən uşaqların istifadəsini xüsusilə qadağan edən həkim bildirib ki, böyüməkdə olan şəxslərə, uşaqlara verilməsi onların orqanizmi üçün ciddi təhlükə yarada bilər: "Gündəlik enerji içkilərinin qəbulu, gün ərzində bir neçə dəfə, həddindən artıq içilməsi məqsədəuyğun deyil. Bu maddələrin elementlərinə, məsələn, qlükoza, kofein, bioqranit və s. maddələrə bəzən sintetik maddələr də əlavə edilir. Onlar hamısı standartlara cavab verirmi? Bax, bu da, sual altındadır. Ona görə də, əhaliyə məsləhət görərdim ki, istifadə etməsinlər, ya da mümkün qədər məhdudlaşdırsınlar. Burada həm də böyük miqdarda karbon qazı qatılır. Çünki bunların tərkibindəki maddələr karbon qazı olduqda daha tez bədənə sovrulur və əslində bu, təhlükəsizlik konservləşdirilməsi variantı sayılır. Ona görə belə içkilərin böyük miqdarda qəbulu orqanizmə ziyan vurur”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.